
Tək bir Facebook statusu ilə diqqət çəkməyi bacaran restoran
Elm & Texnologiya
07.05.2017
Farid
Sosial medianın təsir gücü çox böyükdür. Buna misal olaraq kiçik bir restoran sahibinin Facebook vasitəsilə qısa zamanda çoxlu sayda müştəri yığmasını göstərmək olar.
Whitbie’s Fish & Chips adlı kiçik bir
restoranda oturan Kolin Ros (Colinn Ross) restoranda tək özünün və sahibinin
olduğunu görüb. Daha sonra işlərin necə getdiyi haqda maraqlanan Ros, vəziyyətin
heç də ürək açan olmadığını öyrənib. Bununla
əlaqadar bağlantı paylaşan Ros tez bir zamanda restoranın müştərilərinin
artmasına səbəb olub. Restoran sahibi Con (John) 7 il ərzində heç vaxt bu qədər
tələb görmədiyini və bunu öz müştərisinə borclu olduğunu bildirib. Kolinin
Facebook bağlantısındakı sözləri sizlərə təqdim edirik: "Bugün sadəcə məkan
sahibi 70 yaşlı bəy və məndən başqa heç kimin
olmadığı "Whitbie’s Fish & Chips”i ziyarət
etdim. Ondan işlərin necə getdiyini soruşdum və xərclərini belə qarşılaya bilmədiyini
bildirdi. Bu doğrudan da mənə təsir etdi. Xüsusilə bu adamın 70 yaşında olması
məni təsirləndirdi. Məkanın sahibi çox alicənab biridir. Yəni bu ərazidə
yaşayan hər kəs onun çox yaxşı və çalışqan olduğunu bildirir. Bu bağlantını
paylaşmanızı sizdən xahiş edirəm.”
Paylaş
Bənzər xəbərlər