
Bir kompüterlə 30 maşın oğurluğu
Elm & Texnologiya
07.05.2017
Farid
Hyuston yerli polisinin
verdiyi açıqlamada bildirilir ki, oğurluqla məşğul olan iki nəfər bir
kompüterin köməyi ilə 30 avtomobil oğurlamağa nail ola biliblər. Texnologiya
insanların həyatını nə qədər asanlaşdırırsa, bir o qədər də problemlər yaradır. Əvvəllər daha çox hər hansı alətlə
edilən maşın oğurluğu indi yerini kompüterlərə verib. ABC13-ün etdiyi
açıqlamaya görə edilən oğurluq faktı iki nəfər tərəfindən həyata keçirilib və
30 ədəd Jeep və Dodge oğurlanıb. Təhlükəsizlik kameralara düşən oğrular növbəti
dəfə eyni işi həyata keçirərkən tutulublar. Təhlükəsizlik xidməti
nümayəndələrinin ehtimalına görə oğrular dizüstü kompüterlərin köməyi ilə içində
avtomobilləri aldadan açarların olduğu kod siyahısındakı məlumat bazasını
istifadə edirmişlər. Məlumat bazasına daxil olan oğrular maşınların müxtəlif
nöqtələrində olan maşın kimlik nömrəsini alıb, sonra buna uyğun saxta
açarlar istehsal edirlərmiş. Avtomobil istehsalçıları hər nə qədər əmək sərf
etsələr belə hətta ən məhşur elektrikli avtomobil istehsal edən Tesla şirkəti
də hackerlərin hücumuna məruz qalır.
Paylaş
Bənzər xəbərlər