Bir qrup tələbə tərəfindən hazırlanan raket 20 illik rekordu təzələyib! (VİDEO)
Elm & Texnologiya
22.11.2024
Farid Pardashunas
Cənubi Kaliforniya Universitetinin bir qrup mühəndislik tələbəsi tərəfindən hazırlanan Aftershock II adlı raket həm çatdığı hündürlük, həm də sürət ilə yeni rekord qırıb.
Cənubi Kaliforniya Universitetinin (USC) bir qrup tələbəsi tərəfindən hazırlanan Aftershock II adlı raket, həvəskar raketçilik sahəsində 20 ildən bəri qırıla bilməyən rekordu yeniləyib. Onlar bununla da kifayətlənməyərək, ən yüksək sürət rekordu sahəsində də yeni bir nailiyyətə sahib olublar.
USC-nin tərkibində fəaliyyət göstərən Rocket Propulsion Lab tərəfindən hazırlanan bu tələbə layihəsi raket, Yerin səthindən 143.3 kilometr hündürlüyə qalxaraq 2004-cü ildən bəri qırılmayan rekordu yeniləyib. 2004-cü ildə Civilian Space Exploration Team tərəfindən hazırlanmış GoFast adlı raket 116 kilometr yüksəkliyə qalxmış və həmin dövr üçün çətin qırılan bir rekord müəyyən etmişdi. Bu rekord növbəti 20 il ərzində də yenilənməmişdi. Lakin Rocket Propulsion Lab-ın tələbələri həmin rekordu bu həftə 27 kilometr üstələməyi bacarıblar.
Aftershock II adlı bu həvəskar raket eyni zamanda öz sahəsində ən sürətli raket olaraq tanınıb. Raket maksimum sürətinə çatdıqda saatda 5796 kilometr sürət əldə etmişdi. Rocket Propulsion Lab-ın illərlə davam edən proqramından faydalanan tələbələr, əvvəlki qrupların işlərini daha da inkişaf etdirərək daha müasir yanma sistemi, termal qoruma və digər texnoloji təkmilləşdirmələr əlavə edərək Aftershock II-ni yaradıb, bu rekordları qırmağı bacarıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!