
Bir sahə ilə yetinməyən Jack Ma və onun "Alibaba" şirkəti
Elm & Texnologiya
17.09.2017
Emil
Çinin ən böyük elektron ticarət platforması “Alibaba”nın kapitalizasiyası, 458 milyard dolları keçib. Şirkətin perspektivli biznes istiqamətlərinin sayı isə artıb.
İndi Jack Ma-nın şirkəti təkcə elektron kommersiya bazarını deyil, həmdə bulud
sənayesini və offline ticarət bazarlarını da fəth edir. “Alibaba”nın nəhəng
biznesi, Jack Ma-nın, 1999-cu ildə öz evində başlatdığı işdən yaranıb. Hal
hazırda isə bu korporasiya, yarım trilyon dollar qiymətində dəyərləndirilir.
Beləliklə Jack Ma, etiraf edir ki, biznesə olan baxışı dəyişmək və daha qlobal
məqsədlərin ardınca getmək lazımdır. “Alibaba”nın bazardakı yerini, Jack Ma,
dağa qalxmaq ilə eyni səviyyədə tutur. İlk qalxış vaxtlarında bu, böyük zövq
verir.
Lakin 4000 metrdən yuxarı qalxdıqda isə artıq hava çatmır və proses daha
da qəlizləşir. Şirkət, simvolik olan 5000-6000 metr yüksəklikdə yerləşir. Buna
baxmayaraq şirkətin rəqibləri var. Onlara misal olaraq Çinin “Tencent”
korporasiyasını və ABŞ-ın “Amazon” şirkətini gətirmək olar. Lakin Ma-nın
fikrincə elektron kommersiya bazarında hələki laiqli bir mütəxəssis yoxdur. Belə
ki, bu sahə, 20-25 il bundan öncə yaranıb. “Alibaba”nın bu şəraitdə olan əsas məqsədi,
lazımi infrastrukturu yaratmaqdır.
“Mən bunu demişəm və dəfələrlə də deyəcəm: Alibaba-nın
digər bazarlara çıxması, onu qloballaşdırmaq demək deyil. Biz, elektron
kommersiya infrastrukturunu, online ödənişlər infrastrukturunu, logistika
infrastrukturunu və bulud hesablamaları sahəsini qloballaşdırırıq” – deyə Jack
Ma bildirib. Bununla belə, artıq 9 ildir ki, “Alibaba”, özünü, elektron
kommersiya sahəsində fəaliyyət göstərən bir şirkət adlandırmır. “Tesla” kimi “Alibaba”
da yalnız bir sahə ilə kifayətlənmək istəmir. O, ekosistemləri yaratmaq niyyətindədir.
Bu yolda şirkət dəfələrlə Çin höküməti ilə danışıqlar aparıb.
Ma düşünür ki,
hökümətə aşiq olmaq olar, lakin onunla evlənmək olmaz. Həmçinin banklarla da
şirkət, sadə olmayan münasibətlərdədir. Onlardan bir çoxları, şirkəti, düşmən
kimi görür. Lakin Ma-nın fikrincə bu hal əksinə yaxşıdır. Belə ki, banklar dəyişməyə
başlayırlar. “Pələng səni təqib edəndə, aydın olur ki, sən, gözlədiyindən daha
sürətli qaça bilirsən” – deyə Ma bildirib. Növbəti illər ərzində şirkət öz
mövqelərini bərkitməyi planlaşdırır. Hal hazırda şirkətin ticarət platforması,
gün ərzində 55 milyon sifarişi emal edir. Jack Ma, bu göstəricini, 1 milyarda
yüksəltmək niyyətindədir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
