main-post-cover

    Bir şarj olunma ilə Tesla Model S avtomobili vasitəsilə 1000 km yol qət etdilər

    Elm & Texnologiya
    07.08.2017
    Farid Pardashunas

    Tesla Owners Club Italia adlı klubun italiyalı pərəstişkarları, Tesla Model S avtomobilində bir şarj ilə 1000 km yol qət ediblər.

    Beləliklə onlar yeni rekorda imza atıblar. Sözügedən klubun üzvləri, Tesla Model S P100D avtomobilində bir dəfə şarj ilə 1078 km yol qət ediblər. Qeyd etmək lazımdır ki, bu model avtomobil ilə ən çox qət olunmuş yol rekordu 901.2 km idi. Yeni təcrübə əsnasında əldə edilmiş nəticə isə əvvəlki rekordu geridə qoydu. Yeni rekordu əldə etmək üçün sürücülər hər dəfə öz sürmə tərzlərini ayarlamalı olurdurlar. Onlar 29 saat ərzində İtaliyanın Salerno adlı şəhəri ətrafında saatda 40 km sürətlə hərəkət ediblər. Bundan əlavə olaraq avtomobildə olan batareyadakı enerji ehtiyatına qənaət etmək üçün sürücülər, aşağı sürtünmə təzyiqli xüsusi təkərlərdən istifadə ediblər. Təkərin hər bir fırlanması ilə yol səthinin təsiri nəticəsində təkər deformasiyaya uğrayır. Bununla yanaşı təkərin hazırlandığı materiallar qızır və mühərrikdən gələn enerjinin müəyyən hissəsini itkiyə verir. Lakin xüsusi texnologiya sayəsində bu itkiləri azaltmaq olar. Həmçinin isti hava şəraitinə öyrəşmiş italyanlar, avtomobili sürən zaman kondisionerdən istifadə etməyiblər. Bu da öz növbəsində enerjiyə qənaət etmək də yardımçı olur. “Tesla” şirkətinin bu model avtomobil üçün təyin etdiyi rəsmi maksimal məsafə həddi 500 km-dir. Bu isə əldə olunmuş rekord göstəricidən 2 dəfə azdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər