main-post-cover

    Bitcoin bəzi ölkələrdən daha çox enerji sərf edir

    Elm & Texnologiya
    15.02.2021
    Farid Pardashunas
        Kembric Universitetinin tədqiqatçıları bitcoinin enerji sərfiyyatı barəsində maraqlı hesabat təqdim ediblər. Məlum olub ki, dünyanın ən bahalı kriptovalyutası bəzi ölkələrdən daha çox enerji sərf edir. Tədqiqatçılar bitcoin barəsində digər maraqlı statistikaları da təqdim ediblər. Beləliklə alimlərin hesablamalarına əsasən geridə qalmış il ərzində bitcoinin mayninqi üçün 123.99 teravatt saat enerji sərf olunub.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri il ərzində 119.45 teravatt saat, Rusiya 965.2 teravatt saat, Çin isə 6453 teravatt saat enerji sərf edir. Ümumilikdə isə dünyada 25.082 teravatt saat enerji generasiya edilir. Bitcoin bu göstəricinin 0.49%-ni təşkil edir. Bütün insanlar il ərzində ümumilikdə 20.863 teravatt saat enerji sərf edirlər. Bu göstəricidə isə bitcoinin payı 0.57% təşkil edir. Tədqiqatçıların hesablamalarına əsasən bitcoinin 1 il ərzində sərf etdiyi elektroenerji miqdarı Avropadakı bütün çaydanları 4.1 il müddətinə, Kembric Universitetini isə 704 il müddətinə enerji ilə təmin edə bilərdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər