main-post-cover

    Bitcoin fermaları bütün İsveçrədən daha çox enerji sərf edirlər

    Elm & Texnologiya
    05.07.2019
    Farid Pardashunas
        Kembric Universitetinin mütəxəssisləri bitcoin mayninqinə sərf olunan elektrik sərfiyyatını təqribi qiymətləndirən online alət yaradıblar. Beləliklə tədqiqat nəticəsində məlum olub ki, bitcoin fermaları il ərzində 59 teravatt saat (TW) elektrik enerjisi sərf edirlər. Bununla belə onların gücü isə təqribi olaraq 7 gigavatt-dır (GW). Bu barədə The Verge saytına istinadən Gagadget saytı xəbər verib. Aşağıda təqdim olunmuş fotoda bu göstəricini bir sıra ölkələrin elektrik sərfiyyatı göstəriciləri ilə müqayisə etmək olar.

        Beləliklə belə nəticəyə gəlmək olar ki, bitcoin fermaların üzərinə bütün dünyanın elektrik enerjisi sərfiyyatının 0.21%-i düşür. Həmin fermaların ifraz etdikləri karbon qazının miqdarı isə böyük olmayan şəhərin ifraz etdiyi karbon qazı miqdarı ilə eynidir. Göstərilmiş rəqəmlər təqribidir. Çünki bütün dünyada olan mayninq fermalarının sayını dəqiq şəkidə hesablamaq qeyri mümkündür.
        Ümumilikdə elektrik enerjisi sərfiyyatı 2.6 giqavatt və 22 teravatt saat ilə 21 giqavatt və 179 teravatt saat arasında dəyişə bilir. Hər halda enerji sərfiyyatının effektivliyi dedikdə kriptovalyutalar bu mövzuya daxil olmurlar. Təkcə bitcoin şəbəkəsinin sərf etdiyi enerji dünyanın bütün banklarının sərf etdikləri enerjidən daha yüksəkdir. Bununla belə həmin şəbəkə il ərzində 100 milyondan az tranzaksiya emal edir. Ənənəvi maliyyə şəbəkəsi isə il ərzində 500 milyard tranzaksiya emal edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər