Bitcoin fırıldaqçılıqdırmı?

Bitcoin fırıldaqçılıqdırmı?

Texnologiya
14.09.2017 PAYLAŞIM

ABŞ mərkəzli JP Morgan müdiri Jamie Dimon, Bitcoin kimi digital pul vahidlərinin fırıldaqçılıq olduğunu və axır əvvəl dövrlərinin sona çataçağı mövzusundakı şərhləri diqqət çəkdi.Xüsusilə son zamanlarda, Bitcoin kimi digital pul vahidləri həm texnologiya həm də iqtisadiyyat dünyasının dilindən düşmür. Son olaraq, JP Morgan müdiri Jamie Dimon tərəfindən digital pulların yalnız narkotik qaçaqmalçıların, qatillərin və Şimali Koreya kimi yerlərdə yaşayanların istifadəsi üçün uyğun olduğunu söyləməsi isə ortalığı qarışdırdı.

ABŞ-ın ən böyük bankı JP Morganın başındakı ad olan Jamie Dimon, digital pul vahidlərinin işə yaramayacağını ifadə edir.

Venesuela, Ekvador və ya Şimali Koreyada olanların ya da narkotik taciri, qatil ya da bunun kimi işlərlərlə məşğul olanların Amerikan dolları yerinə Bitcoini seçim etmələrinin normal olduğunu söyləyəcək qədər iddialı olan Dimon, digital pul üçün bir bazar olduğunu ancaq  bu bazarın çox məhdud olduğunu ifadə edir.

Maliyyə böhranın ardından ortaya çıxan virtual bir pul vahidi olan Bitcoin, insanların bankları və ənənəvi ödəmə müddətlərini keçərək məhsul və xidmətlər üçün ödəmə etmələrini təmin edir. Banklar və digər maliyyə qurumları bu virtual pulların çirkli pulların yuyulması və onlayn cinayətlərlə əlaqəli olduğunu dərk edirlər. Bəzi hökumətlər xaricində digital pul vahidləri də qəbul görmüş deyil.

Bitcoin investesiya edənlərin böyük zərər edəcəyini söyləyən Jamie Dimon, bu digital pulu 1600-cü illərdəki məşhur bazar şarına bənzətmənin yanında fırıldaqçılıq olaraq xarakterizə edir. Dimonun izahından sonra Bitcoin dəyərində bir dalğalanma olduğunu və azalmanın qeyd edildiyini bildirək.

Bitcoin, dekabr ayından bu yana dəyərini qatlayaraq ötən ay 4700 dollar səviyyəsinə qədər çatmışdı. Şərhlər sonrası isə bu dəyərdə 4000 dollara qədər azalma yaşandı.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


ABŞ ilə Çin arasındakı ticarət müharibəsində sülhün əldə olunması üçün razılığa ..

ABŞ ilə Çin uzun müddət sürmüş ticarət müharibəsində sülhün əldə olunması üzrə razılığa gəliblər...


Tesla Cybertruck üçün hazırlanan möhtəşəm qaraj: Cyberbunker

Yaxın günlərdə təqdimatı keçirilən Tesla Cybertruck pikapı üçün möhtəşəm bir qaraj hazırlandı. Cyber..


Galaxy S11-in 108 Mp-lik sensoru Mi Note 10-dan fərqli olacaq

Samsung şirkətinin bir sonrakı flaqman modeli Galaxy S11-də də 108 Mp-lik sensordan istifadə olunaca..


İntel-in 10 illik yol xəritəsi: Prosessorlar 10 nanometrdən 1.4 nanometrə keçəcə..

Intel şirkəti özünün 10 illik yol xəritəsini yayımladı. Görünən odur ki, şirkət prosessorların iste..


OnePlus CES 2020-də ilk ağıllı saatını təqdim edə bilər

Çinli texnologiya şirkəti OnePlus istehsal etdiyi modellər ilə istifadəçilərin sevgisini qazanmışdı...


Satılmış 1 milyon Galaxy Fold məlumatı təkzib olundu

Dünən xəbər verilmişdi ki, Samsung şirkəti artıq bütün dünya üzrə 1 milyon ədəd qatlana bilən Galaxy..