main-post-cover

    Bitcoin ilə Hotmail e-mail'lərini sındırmaq mümkün oldu

    Elm & Texnologiya
    11.04.2018
    Nijat Hamid
    Bitcoin kriptovalyutası hal-hazırda bazarda ən yüksək pul dəyəri olan valyutadır. Bildiyimiz kimi artıq bir çox servis Bitcoin ilə də ödəmə qəbul edir. Bunlara xakerlər də daxildir. Hotmail servisində tapılan açıqlar hesabına xakerlər istənilən Hotmail hesabını sındıra bilirlər. Və ödəmə olaraq isə Bitcoin tələb edirlər.
    0.439 BTC ödəyərək istənilən Hotmail hesabını xakerlər vasitəsilə ələ keçirə bilərsiz.    
    Bir sayt üzərindən satışa çıxan bu açıq hesabına siz Bitcoin əvəzinə 3000 dollar ödəyərək də yararlana bilərsiniz. Hotmail servisində olan bu xətanın bir məntiq xətası olduğu düşünülür və Microsoft serverlərinə bu xətayı istifadə edərək girmək mümkün deyil. Facebook-un başına gələnləri nəzərə alsaq, Microsoft tez zamanda pulunu ödəyərək bu xətanı alacaq. Yoxsa 2-ci bir məlumat satılma-sızdırılma skandalı baş verə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər