
Bitcoin-lər haqqında bilməli olduğunuz 30 maraqlı fakt
Elm & Texnologiya
19.08.2017
Emil
Bitcoin-in məzənnəsi rekord olaraq 4500$-a çatıb. İqtisadçılar isə artıq, dolları, əsas rezerv valyuta kimi bitcoin ilə əvəz etməyi müzakirə edirlər. Lakin çox az adam, tələbatın çox olduğu bu kritovalyuta haqqında maraqlı faktları bilir. Bitcoin haqqında 30 maraqlı faktı sizlərə təqdim edirik.
1. Bitcoin-lərin 1.5%-i FBI-ya məxsusdur
2. Bitcoin-in güman olunan yaradıcısı Satoshi Nakamoto-nun
var-dövləti 2 milyard dollar dəyərində olmalıdır. Satoshi Nakamoto haqqında məlumatların
əldə olunması üçün bir çox cəhdlər edilmişdi. Lakin bu cəhdlərin hamısı nəticəsiz
qalımışdır
3. Hal hazırda heç bir ölkə və ya təşkilat, bitcoin-i idarə etmir
4. Bitcoin-lərin 64%-i heç vaxt istifadə olunmayıb və heç vaxt
da istifadə olunmayacaq
5. Bitcoin-in qiyməti, 2010-cu ildən 879.999 dəfə artmışdır
6. Ən böyük bitcoin startaplar, Circle, Blockstream və Digital
Assets Holdings-dir
7. Blockchain texnoogiyasından istifadə edən banklar hər il
8-12 milyon dollar vəsait qənaət edirlər
8. Dünyada olan yalnız 807 nəfər insan, bitcoin vasitəsilə əldə
edilmiş gəlirdən vergi ödəyib
9. Böyüklüyünə görə dünyanın 4-cü ən böyük kriptovalyuta
birjası Bithumb, 29 İyun 2017-ci il tarixində hack edilmişdir. Nəticədə müştərilərin
hesablarından külli miqdarda kriptovalyutalar itməyə başladı
10. 22 May 2010-cu ildə bir şəxs, 10.000 bitcoin-ə bir pizza
sifariş etmişdi. İndiki məzənnəyə uyğun olaraq isə bu, 41 milyon dollardan bir
qədər çoxdur
11. Bitcoin şəbəkəsindəki tranzaksiyaları geri qaytarmaq olmur
12. Britaniyalı bir şəxs, daxilində 7.5 milyon dollar dəyərində
bitcoin-in olduğu sərt diski atmışdı. O düşünürdü ki, sərt diskin daxilindəki
bütün məlumatları kopyalayıb. Lakin bunun əksinin olduğunu biləndə iş-işdən
artıq keçmişdi
13. Bitcoin tranzaksiyaları barəsində bütün məlumatlar
open-source olaraq yerləşir və onlara blockchain sistemi vasitəsilə baxmaq olar
14. Bitcoin mining-i üçün nəzərdə tutulmuş kompüterlər şəbəkəsi,
500 ədəd superkompüterdən daha güclüdür
15. 2016-cı ildə bir şəxs, 5$ əvəzinə səhvən 137.000 dollar dəyərində
bitcoin köçürməsi etmişdi. Nəticədə isə həmin məbləği geri qaytarmaq mümkün
olmamışdı
16. Ümumi tapılacaq bitcoin-lərin maksimal sayı 21 milyondur.
İndiki vaxtda 17 milyon bitcoin tapılıb. Proqnozlara əsasən bu limit, 2040-cı
ilə kimi çatacaq
17. Kipr Universiteti, dünyanın ilk universitetidir ki, orda təhsil
haqqı həmçinin bitcoin-lər vasitəsilə qəbul olunur
18. Yaxın gələcəkdə bitcoin-lərin hesabına kosmosa uçmaq mümkün
olacaq
19. Counter Strike oynayaraq bitcoin qazanmaq mümkündür.
Starcraft çempionatı tarixində ən böyük uduş məbləği də bu kriptovalyuta vasitəsilə
əldə edilmişdir
20. Kaliforniya dairə məhkəməsi, pulların yuyulması ilə bağlı məsələni
ləğv edib. Belə ki, onun fikrincə bitcoin, qanuna əsasən real pul deyil
21. Bu ilin əvvəlindən bitcoin, 162% bahalaşıb
22. Hal hazırda 48 şirkət, müxtəlif məhsul və xidmətlərə görə ödəniş
kimi bitcoin-ləri qəbul edir
23. Bitcoin-in qəpik tərzində olan ekvivalentinin yaradılması cəhdləri
olub. Əslində Casascius, üzərində holoqrafik kodu olan və rəqəmsal portmanata
giriş açarı kimi qəbul olunan bitcoin qəpiyidir. Bir çox yerlərdə bitcoin barəsində
məlumatlarda əks olunmuş həmin qəpik fotolarındakı məhz Casascius-dur
24. 2009-cu ildə Norveçdə bir gənc, 27$-a bitcoin-lər almışdı.
Lakin sonradan o, həmin bitcoinlər barəsində unutmuşdu. Bir müddət sonra aldığı
bitcoin-lər yadına düşəndə isə onların ümumi dəyəri artıq 886.000$ idi
25. Belçikada bitcoin-lərə vergi qoyulması ləğv olunub
26. Tayland, dünyanın ilk ölkəsidir ki, bitcoin-i qadağa qoyub
27. Varolan bitcoin-lərin 5%-i Dark Web-də istifadə olunur
28. Dünya banklarının 69%-i, bitcin-lərlə müxtəlif təcrübələr
aparırlar
29. İlk 5 il ərzində bitcoin-in qiyməti 0-dan 1000$-a qalxıb
30. Dünyanın ilk bitcoin bankomatı, Kanadanın Vankuver şəhərində
istifadəyə verilib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
