
Bitcoin və digər kriptovalyutaların qiymətləri 20-40% aşağı düşüb
Elm & Texnologiya
22.12.2017
Bugün bitcoin və digər kriptovalyutaların qiymətlərində 20-40% eniş müşahidə olunub.
Coinmarketcap-ın məlumatlarına əsasən
bitcoinin qiyməti 23.5% (13.138$) aşağı düşüb. Dünyanın ən məşhur
kriptovalyutasının qiyməti artıq 3-cü gündür ki, aşağı düşür. Onun rekord dərəcədə
20.000$-lıq qiymətindən kriptovalyuta 35% itirib. Bundan əlavə olaraq təkcə
bitcoin deyil həmdə digər kriptovalyutaların da qiymətlərində düşüş var. Məsələn
Ethereum son bir sutka ərzində 26.29% (640$) aşağı düşüb. Bitcoin Cash demək olarki 40% (2299$) aşağı
düşüb. Hələ ki, kriptovalyutaların qiymətlərinin bu cür enişinin səbəbi mütəxəssislər
tərəfindən bildirilməyib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar