
Bitcoin yerində durmaq bilmir. Kriptovalyuta yeni qiymət göstəricisinə qalxdı
Elm & Texnologiya
07.12.2017
Bir sutkadan az bir vaxtda ən məşhur kriptovalyuta olan bitcoinin qiyməti 13.000$-dan 15.000$-a qalxdı.
Beləliklə bu kriptovalyuta
tamamilə yeni rekorda imza atdı. Coinmarketcap servisinin məlumatlarına əsasən
bugün səhər saatlarında onun qiyməti 15.200$ təşkil edib və qalxmaqda davam
edir. Cənubi Koreya birjalarında onun qiyməti hələ 17.000$-ı keçib. Qiymətin
yüksəlməsi hesabına kriptovalyuta bazarının ümumi kapitalizasiyası 400 milyard
dolları keçib.
Onlardan 250 milyarddan çoxu bitcoinin hesabına düşür. Bazar dəyərinə
görə bitcoin artıq prosessor istehsalçısı “Intel”I (203 milyard dollar) və “Verizon”
(206 mmilyard dollar) ilə “AT&T” (221 milyard dollar) kimi kommunikasiya şirkətlərini
geridə qoyub. Bitcoinin qiymətinin qalxması investorların bu kriptovalyutaya
yüksəlməkdə olan maraqlarından irəli gəlir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...