main-post-cover

    'Bitcoinin əsl dəyəri sıfıra bərabərdir'

    Elm & Texnologiya
    25.12.2017
    Farid Pardashunas
    Coinmarketcap-ın məlumatlarına əsasən hal hazırda bir bitcoinin qiyməti 14.000$ təşkil edir.
    Lakin “Morgan Stanley” şirkətinin mütəxəssisi James Fawcett-in fikrincə bitcoinin real dəyəri sıfıra bərabər ola bilər. Bu barədə Business Insider saytı xəbər verib. Fawcett-in “Bitcoin Decrypted” başlıqlı hesabatında bitcoinin real dəyəri barəsində dəqiq bir rəqəm göstərilməsə də, hesabatın “Bitcoinin dəyərinin təyin olunması cəhdi” bölməsində onun kriptovalyuta barəsində fikirlərini əks edən məlumatlar və bitcoinin real dəyərinin təyin edilməsinin niyə belə çətin olduğu qeyd olunub. İlk öncə o, bitcoini real valyuta hesab edib-etməmək üzrə fikirlərini bildirib.
    Mütəxəssis nəticəyə gəlib ki, bitcoinə olan faiz dərəcəsinin olmaması səbəbindən o, dollar və avro kimi real valyuta ola bilmir. Fawcett qeyd edib ki, bitcoin daha çox qızıl kimi dəyərli metala bənzəyir. Lakin qızıldan fərqli olaraq o, real dünyada real ekvivalentə sahib deyil. Qızıl zərgərlik işlərində və elektronikada istifadə olunduğu bir vaxtda bitcoin sadəcə olaraq rəqəmsal şəkildə mövcuddur. Mütəxəssis qeyd edib ki, kriptovalyutanın dəyəri ona görə yaranır ki, investorlar ona həmin dəyəri yeridirlər. Bitcoinin əsas dəyəri kimi o, ödəmə platformalarını qeyd edib.

    O həmçinin onun faydalığına olan bəzi məhdudların da olduğunu bildirib. Bu cür məhdudların arasında tranzaksiyaya görə komissiyanın olmaması və prosesin irimiqyaslı olmasının çətinliyi var. Hal hazırda ödəmə platforması kimi bitcoin yalnız bir neçə şirkət tərəfindən qəbul olunur. Fawcett-in təqdim ediyi qrafikdə görmək olar ki, bu göstərici o qədər də böyük deyil və getdikcə azalır.
    “Əgər heç kim bu texnologiyanı ödəmə sistemi kimi qəbul etməsə, onun real dəyəri sıfıra bərabərdir” – Fawcett bildirib.
    Təbii ki, bitcoinin dəyərini inkar etmək olmaz. Onu istənilən an satıb əvəzində dollar qazanmaq olar. Lakin Fawcett-in cavab tapmaq istədiyi sual ondan ibarətdir ki, bitcoin daxili dəyərə sahibdirmi? Həqiqətən də bitcoinin bir dəyəri varmı və ya onun dəyəri süni şəkildə qaldırılmış hesab olunur?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər