Logo
    main-post-cover

    Bitcoinin qiyməti ilk dəfə olaraq rekord həddə çatdı

    Bitcoinin qiyməti rekord olaraq 10.000$-a çatdı. Coinmarketcap-ın statistikaları buna bariz sübutdur.
    Son zamanlarda bitcoinin qiyməti yüksək sürətlə artır. Hələ bu ayın əvvəlində onun qiyməti 6600$ civarında idi. Daha sonra 1 ay ərzində kriptovalyutanın qiyməti aktiv şəkildə yüksəlməyə başladı. 24 Noyabr tarixindən başlayaraq isə onun qiyməti 20% artdı. Bitcoinin qiymətinin bu cür yüksəlməsinin əsas səbəbi böyük maliyyə birjalarından biri olan CME Group-un Dekabr ayında bitcoin vasitəsilə fyuçerslərin hərraca çıxarılacağıdır. Qeyd etmək laızmdır ki, bir neçə müddət bundan öncə Ethereum-un qiyməti ilk dəfə olaraq 400$-ı keçdi və hal hazırda o, 480$-dan bir qədər çox qiymətə sahibdir. Dünən dərc olunmuş məqaləmizdə isə gələcəkdən gəldiyini iddia etmiş şəxsin bitcoin barəsində və onun vasitəsilə gələcəyin necə olacağı haqqında məlumat verilib.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Bitcoinin qiyməti ilk dəfə olaraq rekord həddə çatdı | Technote