main-post-cover

    Bitcoinin qiyməti qalxaraq yeni rekorda imza atdı

    Elm & Texnologiya
    17.11.2017
    Emil Nəcəfov
    Bitcoinin  məzənnəsi tarixdə ilk dəfə olaraq 8000$-ı keçdi.
    Bu barədə birjalardakı məlumatlardan bilmək olar. Bugün olmuş hərraclar zamanı bitcoinin qiyməti 8000$-ı keçərək 8004.59$ təşkil edib. Bu göstərici isə bir gün əvvəlki hərraclarda olan göstəricidən 10.4% çoxdur. İki həftə bundan öncə hərracların start verilməsi zamanı bitcoinin məzənnəsi 7000$ təşkil edirdi. 7882$ göstəricini kriptovalyuta 8 Noyabr tarixində əldə etdi. Daha sonra isə onun məzənnəsi 30% aşağı düşdü və 5605$ təşkil etdi.

    Mütəxəssislər həmin hadisəni Bitcoin Cash-in məşhurlaşması ilə əlaqələndirdilər. İndiki vəziyyətdə isə bitcoin tarixi maksimum məzənnədən bir qədər geridə qalaraq 7919.33$ civarında satılır. Coinmarketcap birjasının məlumatına əsasən yeni bitcoinin (Bitcoin Cash) qiyməti isə 1015.47$ civarındadır. Bu ilin əvvəlindən bütün kriptovalyutaların bazar kapitalizasiyası 17.7 milyard dollardan rekord 228.14 milyard dollara yüksəlib. İlin əvvəlindən başlayaraq bitcoinin qiyməti 800% artıb.
    Linki kopyala