main-post-cover

    Bitcoinin yaradıcısı dünyanın 50 ən varlı şəxsi siyahısında 44-cü yeri tutdu

    Elm & Texnologiya
    18.12.2017
    Farid Pardashunas
    Satoshi Nakamoto dünyanın 50 ən varlı şəxsləri siyahısında 44-cü yeri tutub.
    Dünən bitcoinin qiymətinin rekord olaraq 20.000$-ı keçməsindən sonra onun mifik yaradıcısının sərvəti 19.5 milyard dollar təşkil edib. Bu barədə Quartz saytı xəbər verib. Satoshi Nakamoto-nun əslində kim olması barəsində hələki bir məlumat yoxdur. Bu ya bir nəfər yada bir neçə nəfər ola bilər. Həmin bir və ya bir neçə şəxs bitcoin blockchain texnologiyasını yaratmış proqramçılardır. Bu cür ad və soyada sahib insan heç zaman var olmayıb.
    Güman olunur ki, o və ya onlar bitcoini yaradaraq ilk maynerlər olmuş və təqribi hesablamalara əsasən 980.000 bitcoin yığmışdılar. Həmin kriptovalyutalara bitcoinin yaradıcısı hələ də sahibdir. Bitcoinin qiymətinin 20.000$-a yüksəlməsindən öncə Satoshi Nakamoto Forbes reytinqində daha aşağı yerlərdə yerləşirdi. Belə ki, 18 Dekabr tarixində kriptovalyutanın qiyməti 18.7 min dollara enmişdi. Beləliklə həmin vaxtda Nakamoto-nun sərvəti 18 milyard dollar təşkil edirdi.
    İndi isə o, Forbes reytinqinin 44-cü pilləsində qərarlaşıb. O bu yeri gün eynəkləri sahəsinin italiyalı maqnatı Leonardo Del Vecchio ilə paylaşıb. O isə öz növbəsində “Luxottica” adlı şirkətin təsisçisidir və məşhur Ray-Ban brendi həmin şirkətə məxsusdur. Beləliklə bir neçə ay ərzində bitcoinin mifik yaradıcısının sərvəti 3 dəfə artıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər