main-post-cover

    Bitcoinin yığılması üçün dünyanın 159 ölkəsinin sərf etdiyi elektroenerjidən daha çoxunu sərf etmək lazım gəlir

    Elm & Texnologiya
    23.11.2017
    Farid Pardashunas
    Bitcoinin böyük kütləyə doğru öz yolunu irəlilətməsi ilə yanaşı həmçinin məlum olub ki, yüksək sürətlə onun təkcə məzənnəsi deyil, həmdə onun tapılması üçün olunan enerji sərfiyyatı da yüksəlir.
    Yeni tədqiqat nəticəsində məlum olub ki, kritovalyuta 20-dən çox Avropa və ümumilikdə dünyanın 159 ölkəsindən daha çox enerji sərf edir. “Power Compare” analitik şirkətinin mütəxəssisləri aşkar ediblər ki, bitcoinin yığılması üçün lazım olan ümumi elektroenerji həcmi dünyanın 159 ölkəsinin sərf etdiyi enerji həcmindən çoxdur. Bu göstəricilərə əsasən o artıq Xorvatiya, İrlandiya, Slovakiya və İslandiyanı geridə qoyub. Afrikaya nəzər saldıqda görmək olar ki, oranın cəmi 3 ölkəsi bitcoindən daha çox enerji sərf edir.

    Söhbət, Cənubi Afrika, Misir və Əlcəzairdən gedir. Bitcoin həmçinin Ekvador, Puerto-Riko, Şimali Koreya və digər ölkələri geridə qoyub. Mütəxəssislər həmçinin qeyd ediblər ki, hal hazırda bitcoinin sərf etdiyi elektroenerji 29.05 teravat saat təşkil edir. Bu isə dünya üzrə ümumi elektroenerji sərfiyyatının 0.13%-dir. Bitcoin mining-i üçün elektroenerji sərfiyyatı təkcə son 30 gün ərzində 30% yüksəlib. Əgər bu cür temp olduğu kimi qalsa, onda 1 ildən sonra 1 bitcoinin mining-i üçün Böyük Britaniyanın sərf etdiyi elektroenerjidən daha çoxunu sərf etmək lazım gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər