Logo
    main-post-cover

    Bittcoinin qiyməti yenidən rekord dərəcədə düşdü

    1 Fevral tarixində dünyanın ən məşhur kriptovalyutası olan bitcoinin qiyməti 9000$-dan aşağı düşüb.
        Bu barədə Coindesk saytı xəbər verib. Birjalar üzrə bitcoinin ortalama qiyməti Coindesk-də 8977$ (1 sutka ərzində 11.5% düşüş) təşkil edib. Coinmarketcap-da isə kritpvalyutanın qiyməti 9081$ (1 sutka ərzində 9.65% düşüş) təşkil edib. Sonuncu dəfə bitcoin bu cür qiymətə 2017-ci ilin 25-26 Noyabr tarixlərində sahib olmuşdu. Bitcoinlə yanaşı digər kriptovalyutaların qiymətlərində də düşüş müşahidə olunur. Kapitalizasiyasına görə top 100 kriptovalyuta siyahısında qiymətlər 31 Yanvar tarixi ilə müqayisədə düşüb.

        Top 10-luqda isə ən aşağı düşüş sərgiləmiş kriptovalyuta Ethereum (1 sutka ərzində 5.46% düşüş), ən böyük düşüş sərgiləmiş kriptovalyuta isə Cardano (1 sutka ərzində 16.97% düşüş) olub. Qeyd etmək lazımdır ki, bütün kriptovalyutaların bazar kapitalizasiyası 2 dəfə aşağı düşüb və indi onun dəyəri 455 milyard dollar təşkil edir. Kriptovalyutaların qiymətlərinin düşməsində bir neçə səbəb var. Onların arasında Çində, Hindistanda kriptovalyuta ticarətinin qadağası, Facebook-da kriptovalyuta və ICO-nun reklam qadağası və son zamanda ICO vasitəsilə edilmiş dələduzluq hadisələri var.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Bittcoinin qiyməti yenidən rekord dərəcədə düşdü | Technote