Biz texnologiyalar vasitəsilə ölümsüzlüyü əldə edə biləcəyikmi?
Elm & Texnologiya
09.06.2018
Farid Pardashunas
MIT Media Lab-ın (Massaçusets
Texnologiya İnstitutunun Media Laboratoriyası) direktoru və vençur investor Joi
Ito Wired saytı üçün transhumanistlər barədə maraqlı məqalə yazıb. Həmin məqalənin
tərcüməsini sizlərə təqdim edirik. Qeyd etmək lazımdır ki, transhumanizm cərəyanını
dəstəkləyən transhumanistlər inanırlar ki, tenologiyaların inkişafı insanları
ölümsüz edəcək. İnsanlar hələ keçmiş dövrlərdən ölümsüzlüyü arzulayırlar. Qədim
Yunan mifologiyasında belə bir mif var: Zevs ilahə Eos-un ölümlü sevgilisi
Tifona ölümsüzlük bəxş edir. Lakin Eos Tifon üçün sonsuz cavanlığın bəxş edilməsini
Zevs-dən xahiş etməyi unudur. Buna görə də Tifon artıq ölümsüz qocaya çevriləndə
o, ölümü arzulayır. İndi isə mən hər dəfə insan həyatının uzadılması barəsində
eşidəndə çaşqınlıq içərisində qalır və qıcıqlanıram.
Ölümsüzlük haqqında
danışanda biz nəyi nəzərdə tuturuq? Sonsuz cavanlıq, sonsuz həyat və ya insan
beyninin 2000 il üçün dondurulması? İndiki zamanımızda sonsuz həyat ideyasının
tərəfdarları inanırlar ki, texnoloji inkişaf sayəsində insanlar ölümsüz ola biləcəklər.
Transhumanizmin müasir cərəyanı müxtəlif sual və əqidələri əhatə edir. Lakin
onun mərkəzində olan məsələ ölümsüzlükdür. Transhumanistlər əmindirlər ki,
texnologiyalar sayəsində insanlar qocalıq və xəstəliklərin ucbatından ölməyəcəklər.
Ölüm səbəbləri isə bədbəxt hadisələr və insanın özünə bilərəkdən fiziki xəsarət
yetirməsi olacaq. Elm irəliləyir və əvvəllər fantastika kimi görünən şeylər
artıq reallığa çevrilməyə başlayır.
Transhumanizmin cəmiyyətdəki rolu dəyişir.
Bir vaxtlar fantastik səslənmiş bu mədəniyyət artıq pul və texnologiyalar ilə zəngin
olan Silikon Vadisi sakinlərinin “mümkün olan məqsəd”lərinə çevrilir.
Transhumanizm ideyaları hələ 1960-cı illərdə yaranıblar və yazıçı-futuroloqlar
tərəfindən geniş yayılıblar. Sənaye inqilabı ilə müqayisədə yeni kompüter
texnologiyalarının inkişaflarının daha irimiqyaslı mərhələyə keçid etdikləri
bir vaxtda filosof Max More transhumanizmi elmi üsullar sayəsində insanın daha
üst insana çerilmə cəhdi adlandırmışdı. O, “ekstropiya” adlı özünün
transhumanizm variantını fikirləşmişdi. Tom Morrow ilə birlikdə o, onun kimi
düşünən hər kəsi bir araya toplayan Ekstropiya İnstitutunu yaratmışdı.
İnstitutun üzvləri süni zəka, krionika (insan bədəninin dondurulması),
nanotexnologiyalar və kriptoanarxizm (konfidensiallığın və özəl azadlığın
qorunması üçün güclü kriptoqrafiyadan istifadə məntiqini təbliğ edən fəlsəfi cərəyan)
kimi mövzuları müzakirə edirdilər. Onlardan bəziləri transhumanizm cərəyanına
qoşularaq Humanity+ təşkilatını yaratdılar. Texnoloji inqilabın inkişafı müddəti
ərzində ekstropiya və transhumanizm cərəyanlarının tərəfdarları ölümsüzlüyün əldə
olunması üçün texnologiyalar ilə aktiv təcrübələr aparmağa başladılar. Məsələn
Timothy Leary öz beyninin dondurulması üçün qeyri-kommersiya təşkilatı Alcor-a
müraciət etmişdi. Lakin o öz həyatının son günlərini yaşayan zaman onun evinə gəlmiş
və özləri ilə bütün krionika ləvazimatlarını gətirmiş təşkilat üzvlərini görəndən
sonra qorxmuş və fikrindən daşınmışdı. Leary xahiş etmişdi ki, onun ölümündən
sonra külünü kosmosa göndərsinlər.
Həmin vaxtdan bəri ölümdən sonra krionika
üsulunu dəstəkləyən transhumanistlər ilə söhbət edərkən mən bu cür fikirləşirəm:
Həqiqətənmi sizlərdən çoxu buna razı olacaq? Harvard Universitetindən olan
genetik George Church-ün fikrincə biomühəndislik sahəsindəki inqilabi ixtiralar
o qədər sürətlə inkişaf edir ki, onların gələcəkdə necə olacaqlarını təsəvvür
etmək qeyri-mümkündür. Məsələn genomun redaktə olunması üçün nəzərdə tutulmuş
CRISPR (hüceyrəyə daxil olaraq onun dəyişilməsi lazım olan konkret bir hissəni
taparaq yeni genetik kodun yazılması imkanını verən texnologiya)
texnologiyasının yaranması tamamilə gözlənilməz oldu. Əvvəllər mütəxəssislər bu
cür texnologiyanın varlığını qeyri-mümkün hesab edirdilər. İndiki zamanda
ölümsüzlük və sonsuz cavanlıq da qeyri-mümkün şeylər kimi qəbul olunurlar.
Hal
hazırda George Church itlər üzərində genetik terapiya sayəsində cavanlaşdırma
özəlliyini test edir. Daha öncədən bu test laboratoriya siçanlarında uğurlu
effekt vermişdi. Onun fikincə bu, ölümsüzlüyün sirini açmaqda istifadə olunan 9
məşhur üsul arasında ən çox ümid verənlərdən biridir. Chruch-ün tədqiqatları ən
vacib ixtiralardan biridir. Həmin tədqiqatlar nə vaxtsa bizim qocalıq prosesini
anlayaraq onu dayandırmaq bacarığımızın olacağına ümid verirlər. Mən inanıram
ki, insanlıq həyat davamlılığının uzadılmasına və ya bu anlayışdan ümumiyyətlə
imtina edilməsinə nail ola biləcək.
Lakin unutmaq lazım deyil ki, cəmiyyət heç
də həmişə bu cür inqilabi texnoloji ixtiraları qəbul etmir. Əsasən də əgər həmin
ixtiralar insan sağlamlığı və həyatını əhatə edirsə. Transhumanistlər hər zaman
öz düşmənlərinə sübutlar vasitəsilə etiraz edirlər. Onlar belə bir sadə sübutu
təqdim edirlər: Siz hər zaman aspirin qəbul edəndə və ya tibbi əməliyyat keçirdəndə öz həyatınıza müdaxilə edərək onu uzadırsınız. Onların fikrincə
ölümsüzlüyün əldə olunması üçün olan bütün səylər bir çox müasir tibbi proseslər
ilə eyni məntiqə sahibdirlər. Bununla belə əgər insanlar ölümsüz olsalar, bu,
neqativ nəticələrə gətirib çıxara bilər.
Bir fikirləşin ki, həmin vaxtda
diktatorlar ömürlük hakimiyyətdə qala bilərlər. Professorların heç zaman təqaüdə
getməyəcəkləri universitetlər necə çalışacaqlar? Yer kürəsinin insan sayı nə dərəcədə
artacaq? Kimlər ölümsüz olmaq haqqına sahib olacaq? Yalnız varlı insanlar? Sonsuzadək
çalışmaq üçün kasıb insanlar məcburi şəkildə ölümsüzlük əldə edəcəklərmi? Heç
şübhəsiz ki, ölümsüzlük bir çox sosial və fəlsəfi əsasları məhv edəcək. Mən
düşünürəm ki, biz yaxın zamanda öz ağlımızı kompüterə yükləyə biləcəyik. Lakin
mən ona da inanıram ki, yaxın zamanda insan anlayışının özünü sual altına qoyacaq dəyişikliklər
baş verəcək. Filosof Nikola Danaylov özünün “Tranhumanistin Manifesti”
yazısında bu cümləni işlətmişdir: “Biz, insanların, heyvanların, istənilən süni
zəkanın, dıyişilmiş həyat formasının və digər canlıların da daxil olmaqla
kainatda olan bütün şüur təzahülərinin hüquq və azadlıqlarına hörmətlə
yanaşmalıyıq”. Mənə elə gəlir ki, bu çox düzgün və proqressiv fikirdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək