main-post-cover

    Bizi iPhone SE 2 gözləyir? 'Büdcəli' iPhone 2018-in texniki göstəriciləri məlum oldu

    Elm & Texnologiya
    22.08.2018
    Farid Pardashunas
        Tərtibatçılar Apple Xcode tətbiqində 6.1 inç maye kristallik ekrana sahib iPhone barəsində bəzi məlumatları aşkar ediblər. Tətbiqin kodunda sözügedən smartfon iPhone xxx, iPhone 9.7N84 model nömrəli LCP adları ilə hallanır. Beləliklə Xcode tətbiqində aşkar edilmiş məlumata əsasən bu iPhone modeli A10 prosessoru və DCI-P3 ekranı ilə təchiz olunacaq. Bu isə o deməkdir ki, smartfon iPhone 7 modelinin çərçivəsiz ekranlı versiyası olacaq. Görünür, bizi iPhone SE 2 modeli gözləyir.

        Çox güman ki, sözügedən iPhone modeli 5.8 inç ekranlı yenilənmiş iPhone X və 6.5 inç ekranlı iPhone X Plus modelləri ilə birlikdə təqdim olunacaq. Beləliklə yeni büdcəli iPhone modeli barəsində ortaya çıxmış yeni məlumatlar öz təsdiqini tapır. Çoxlu sayda rəng seçimi, 600$ qiymət göstəricisi və köhnəlmiş texniki göstəricilər. Köhnəlmiş A10 prosessoruna baxmayaraq məlumata əsasən büdcəli iPhone 2018 3 GB RAM, çərçivəsiz ekran, bir ədəd arxa kamera, Face ID texnologiyası və iki SIM kart girişi ilə təchiz olunacaq. Onu da qeyd etmək lazımdır ki, 2016-cı ilin A10 prosessoru yeni Snapdragon 845 prosessoru səviyyəsində çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər