main-post-cover

    Black Friday günündə 'Apple' nə qədər iPhone satdı?

    Elm & Texnologiya
    29.11.2017
    Emil Nəcəfov
    “Rosenblatt” şirkətinin analitikləri bildiriblər ki, Black Friday endirimli alış-veriş günündə “Apple” şirkəti 15 milyona yaxın iPhone satıb.
    Onlardan 6 milyonu iPhone X olub. Ən böyük tələbat isə məhz 256 GB daxili yaddaşa sahib modelə olub. 64 GB daxili yaddaşa sahib model digərinə nisbətən bir qədər zəif satılıb. Qeyd etmək lazımdır ki, adi iPhone X modeli 999$ qiymətinə satılır. Daha böyük yaddaş həcminə sahib olan model əlavə 192 GB yaddaş həcmindən başqa digər modeldən heçnə ilə fərqlənmir. Şirkət isə öz növbəsində Yeni il bayramı zamanı 80 milyon iPhone satmağı və beləliklə 4-cü maliyyə rübündə rekord gəlir əldə etməyi planlaşdırır. Analitiklər həmçinin qeyd ediblər ki, iPhone X istehsal edən zavodlar həftədə 3 milyon cihaz istehsal edirlər. Gələn ay bu göstərici 4 milyon smartfon olacaq.
    Linki kopyala