
Black Onyx Galaxy Note 7 modeli satışa çıxdı!
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung"un bir müddət gündəmdən düşməyən
telefonu Galaxy Note 7, şirkətin mənfi nüfuzuna səbəb olmuşdu. Amma artıq şirkət
bu xəbərlərdən can qurtarmaq və öncədən tanıtdığı, amma batareya problemlərinə
görə çıxış tarixi gecikən Galaxy Note 7 Black Onyx versiyasını bazara çıxarıb.
Black Onyx Galaxy Note 7 satışa çıxdı
Bildiyiniz kimi Galaxy Note 7, mavi, qızılı
və gümüşü rənglərdə satışa çıxarılmışdı. Ehtimallara görə Black Onyx versiyası
Apple-ın iPhone 7 və iPhone 7 Plus modellərinin tanıtımından sonra ortaya çıxarılması
nəzərdə tutulub, amma Samsung-un Galaxy Note 7 ilə yaşadığı problem bu işi
bir qədər kölgədə qoyub.
İndi isə şirkət, Black Onyx Galaxy Note
7-ni Cənubi Koreyada satışa çıxarıb. Xatırladaq ki, Samsung istifadəyə yararsız
Galaxy Note 7-nin yerinə başqa modellərlə dəyişdirməsi haqda məlumat vermişdi.
Amma bu modellər arasında Black Onyx Galaxy Note 7-nin yer alıb-almayacağı
bilinmir.
Paylaş
Bənzər xəbərlər