
BlackBerry "dünyanın ən təhlükəsiz" smartfonunu təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
BlackBerry şirkəti Android platformasında çalışan ikinci
smartfonunu anons edib. Şirkətin söylədiyinə görə yeni cihaz "dünyanın ən təhlükəsiz”
smartfonudur. BlackBerry DTEK50 adlı yeni smartfon dizayn və texniki göstəricilər
baxımından Alcatel-in Idol 4 smartfonuna bənzəyir. O 5.2 inç Full HD ekran,
Qualcomm Snapdragon 617 prosessoru, 3 GB-lıq RAM və 2610 mAh enerji tutumlu
batareya ilə təchiz olunmuşdur. Kameraya gəldikdə isə smartfon 13 MP-lik arxa və
8 MP-lik ön kameraya sahibdir. DTEK50 Android 6.0 Marshmallow əməliyyat sistemi
üzərində çalışır. Ümumi olaraq cihazın proqram təminatı şirkətin ilk Android
smartfonu Priv-in proqram təminatına bənzəyir. Yeni smartfonun əsas özəlliyi
DTEK adlı təhlükəszilik sistemidir. Həmin sistem smartfonu zərərli tətbiq,
hacker hücumları və digər təhlükəli hallardan qoruyacaq. BlackBerry təmsilçilərinin
sözlərinə görə şirkətin mühəndisləri Android sistemini elə təkmilləşdiriblər
ki, Google-ın platforması şirkətin texnologiyası ilə uyğunlaşsın. Bundan əlavə BlackBerry bildirib ki, şirkət 3 Android smartfon hazırlayır. BlackBerry DTEK50 onlardan
biridir. Yeni smartfon $299.99qiymətinə satılacaq və 8 avqust tarixində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər