
BlackBerry Mercury modelinin ilk render fotoları sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
İnternetə hələ anonsu olmayan yeni BlackBerry modelinin render fotoları sızıdırılıb.
Yeni model smartfonun kod adı Mercury-dir. Smartfon, QWERTY klaviaturaya sahib olacaq. Məlumata əsasən cihazın 4.5 inç-lik ekranı əyilmiş şəkildə
olacaq, "Space” düyməsinə isə barmaq izi skanı inteqrasiya ediləcək. Həmçinin
yeni model, flaqman sinfinə aid olacaq və güclü Qualcomm Snapdragon 821 prosessoru ilə təchiz olunacaq. BlackBerry Mercury avtonom rejimdə iki günə qədər
çalışa biləcək. Qeyd etmək lazımdır ki, əvvəlki məlumatlara əsasən sözügedən
model, DTEK70 adı ilə təqdim olunacaqdı. Onun satışa çıxması isə 2017-ci ilin əvvəlinə
planlaşdırılıb.
Paylaş
Bənzər xəbərlər