
BlackBerry-nin yeni smartfonunun ilk fotosu sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Görünür BlackBerry şirkəti öz serverlərinə təsadüf nəticəsində
BlackBerry Neon adlı yeni smartfonun fotolarını yerləşdirib. Təqdim olunmuş məlumatlara
əsasən yeni smartfon 1920x1080 piksel keyfiyyətli 5.2 inç Full HD ekran, 1.5
GHz tezlikli 8 nüvəli Snapdragon 617 prosessoru, 3 GB-lıq RAM, 16 GB-lıq daxili
yaddaş və 2610 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameraya gəldikdə
isə BlackBerry Neon 13 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Qeyd
etmək lazımdır ki, smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində
çalışacaq. Texniki göstəricilərə nəzər yetirdikdə belə qənaətə gəlmək olar ki,
yeni smartfon əsasən orta büdcəli alıcılar üçün nəzərdə tutulub. Onun qiymətinin$350 civarında olacağı
gözlənilir.
Paylaş
Bənzər xəbərlər