
Blackberry`dən 3 yeni Android telefon gəlir
Elm & Texnologiya
07.05.2017
Farid
BlackBerry bu ilin sonlarına yaxın 3 yeni modelini təqdim edəcək.
Android əməliyyat sisteminə gec də olsa keçərək
tarixə qovuşmaqdan son anda qurtulan BlackBerry, Evan Blass'in (@evleaks) son xəbərinə
görə Neon, Argon və Mercury kod adlı 3 yeni Android telefon üzərində işləyir. İlk
olaraq, bazara Neon'un çıxacağı vurğulanır. Telefonun 5.2-inç Full HD ekran,
Snapdragon 617 prosessor, 3GB RAM, 16GB yaddaş, 2610 mAh batareya, QuickCharge
2.0, 13MP arxa, 8Mp ön kamera və aliminium gövdəyə sahib olacağı iddia olunur. Argon'u
5.5-inç QHD ekran ilə təchiz edəcəyi söylənən BlackBerry, cihaza
gücünü Snapdragon 820 ilə verəcək. Bunlarla yanaşı cihazda 4GB RAM, 32GB yaddaş,
3.000 mAh batareya, QuickCharge 3.0 və 21MP arxa, 8MP ön kamera da
quraşdırılacaq. Argon'dan sonra 2017'nin ilk rübündə qarşımıza çıxacaq Mercury
isə Priv kimi fiziki QWERTY klaviaturaya sahib olacaq. 4.5-inç Full HD ekran üzərində
qurulacaq Android telefon, gücünü Snapdragon 625'dən alacaq və 3GB RAM, 32GB yaddaşa
sahib olacaq. 3,400 mAh batare ilə təchiz olunacaq telefon,18MP arxa və 8Mp ön
kamera ilə rəflərdə öz yerini alacaq.
Yeni BlackBerry telefonlar haqqında hələ ki
açıqlanmış qiymət məlumatı yoxdur.Paylaş
Bənzər xəbərlər