
Blockchain əsasında çalışan Finney adlı smartfonu hazırlayan şirkət 160 milyon dollar investisiya aldı
Elm & Texnologiya
28.12.2017
Emil
Blockchain əsasında çalışasn Finney adlı smartfonu yaratmaq üçün “Sirin Lab” şirkəti ICO vasitəsilə 157.8 milyon dollar investisiya aldı.
Şirkətin məlumatına əsasən bu
sartfonda Ethereum-un mobil tətbiqi olacaq. Beləliklə istifadəçilər təhlükəsiz
şəkildə öz kriptovalyutalarını telefonlarında saxlaya biləcəklər. Bu barədə
VentureBeat saytı xəbər verib. Finney seriyasına daxil olan smartfon və
stolüstü kompüter blockchain əsasında çalışır. Şirkət əmindir ki, bu üsulla
cihazlar hacker hücumlarından qorunmuş vəziyyətdə olacaqlar. Smartfonda
Ethereum və digər kriptovalyuta mobil tətbiqləri olacaq.
Beləliklə istifadəçi
onları təhlükəsiz şəkildə idarə edə biləcək. Həmçinin kiminsə oğurlamasından
qorxmadan istifadəçi öz kriptovalyutalarını bu smartfonda saxlaya biləcək. Şirkət
barəsində ilk dəfə onun Solarin adlı smartfonu təqdim etməsindən sonra
danışdılar. Həmin smartfonun qiyməti 14.000$ təşkil edirdi. Lakin Finney daha
ucuz olacaq (1000$). Şirkətin hazırladığı kompüterin qiyməti isə 800$ təşkil edəcək.
Şirkət artıq öz cihazları üçün ön sifarişləri qəbul edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
