main-post-cover

    Blockchain startapların 90%-i cəmi 1 il fəaliyyət göstərirlər

    Elm & Texnologiya
    12.11.2017
    Farid Pardashunas
    “Deloitte” şirkətinin hesabatlarına əsasən 2016-cı ildə blockchain texnologiyası əsasında 26.000-dən çox layihəyə start verilib.
    Lakin The Next Web saytının verdiyi xəbərə əsasən onlardan yalnız 8%-i aktiv şəkildədir. Böyük konsaltinq şirkəti olan “Deloitte”nin “Blockchain texnologiyalarının təkamülü” adlı hesabatında bildirilib ki, tərtibatçılar üçün olan məşhur GitHub platformasında blockchain əsaslı 26.000-dən çox layihəyə start verilib. Sözügedən texnologiyanın var olmasından bəri bu cür göstərici rekord hesab edilir.
    Müqayisə üçün qeyd etmək lazımdır ki, 2015-ci ildə bu texnologiya əsasında qurulmuş layihələrin sayı 15.000 idi. Lakin 2016-cı ilin birinci yarısında GitHub platformasında 25.000-ə yaxın layihə qeyd olunmuşdu. “Deloitte”nin verdiyi məlumata əsasən nəticə etibarilə həmin layihələrin 92%-i yenilənmir.
    “Açıq koda sahib olan layihələrin sərt reallığı ondan ibarətdir ki, onlar heç 1 il də tam şəkildə fəaliyyət göstərmirlər. Blockchain layihələr də istisna deyil. Onlardan sadəcə 8%-ni aktiv hesab edə bilərik. Onlar həmin layihələrdi ki, son 6 ayda 1 dəfə də olsun yeniləniblər” – deyə şirkətin hesabatında qeyd olunub.
    Hesabatda həmçinin bildirilib ki, Bitcoin Go Ethereum kimi blockchain üzrə fəaliyyət göstərən təşkilatlar istisna hesab edilir. Belə ki, onların layihələri digərlərindən fərqli olaraq aktiv şəkildə qalırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər