
Bloomberg: 'Apple şirkətinin ikinci nəsil qarışıq reallıq cihazı (AR + VR) daha güclü prosessora sahib olacaq'
Elm & Texnologiya
28.02.2023
Emil
Daha öncə Bloomberg saytı xəbər vermişdi ki, Apple şirkəti bu ilin sonuna kimi öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını satışa çıxardacaq. Gözləntilərə əsas'n şirkətin ilk MR cihazı Reality Pro adını əldə edəcək və o, 3000$-a satılacaq. Bloomberg həmçinin qeyd etmişdi ki, şirkət Reality Pro-nun daha sadələşdirilmiş versiyasını təqdim edəcək və o, orijinal versiyadan texniki göstəricilər baxımından bir qədər zəif olacaq. İndi isə Bloomberg qeyd edib ki, Apple bununla yetinmək niyətində deyil və o, Reality Pro-nun ikinci nəslini satışa çıxardacaq. Məlumata əsasən Reality Pro 2 daha güclü Apple prosessoru vasitəsilə çalışacaq.
Bloomberg saytının məşhur insayderi Mark Gurman qeyd edib ki, şirkətin bu ilin yay fəslində təqdim edəcəyi ilk MR cihaz çalışmaq üçün istifadəçidən iPhone smartfonuna qoşulmanı tələb etməyəcək. Məhz bu məsələdə MR cihaz ilk Apple Watch modelindən fərqlənəcək. Qeyd etmək lazımdır ki, ilk Apple Watch-dan istifadə etmək üçün onu məcbur şəkildə smartfona qoşmaq lazım idi. Bununla belə iPhone və iPad-də olan məlumatların MR cihazla sinxronlaşdırılması imkanı mövcud olacaq. Lakin MR cihaza tətbiqlərin yüklənməsi birbaşa şirkətin bulud infrastrukturu vasitəsilə reallaşdırılacaq. Mark Gurman qeyd edib ki, istifadəçilər virtual klaviaturadan istifadə edərək mətnlər yaza biləcəklər.
Bu halda onlar əllərini havada tutaraq sanki əsl klaviatura vasitəsilə dərc edirlərmiş kimi hərəkət etdirməli olacaqlar. Gurman-ın sözlərinə əsasən bu funksiya hələ ideal şəkildə çalışmır. İstifadəçilər öz istəklərinə uyğun olaraq bu prosesə smartfonu və ya planşeti qoşa bilərlər. Bu halda mətnləri yazmaq daha rahat olacaq. Müxtəlif məlumat sızıntılarında MR cihazın adı Reality One kimi hallanan daha sadələşdirilmiş versiyası 2024-cü və y 2025-ci ildə satışa çıxa biər. Onun satışa çıxmasından sonra isə Apple Reality Pro 2-ni təqdim edəcək. Məlumata əsasən Reality Pro 2 Apple M3 və ya M4 səviyyəsində daha güclü prosessor ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər