main-post-cover

    Bloomberg: Apple şirkətinin qarışıq reallıq cihazı çox güclü və bahalı olacaq

    Elm & Texnologiya
    01.11.2021
    Emil Nəcəfov
        Bloomberg saytının nüfuzlu jurnalisti və insayderi olan Mark Gurman Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar verib. Onun sözlərinə əsasən Apple qarışıq reallıq eynəyinin anonsunu gələn il edəcək. İnsayder bildirib ki, sözügedən cihaz olduqca baha qiymətə satılacaq. Bununla yanaşı onun sözlərinə əsasən şirkətin qarışıq reallıq cihazında təkmilləşdirilmiş çiplər, ekranlar və sensorlar istifadə ediləcək. Həmçinin qarışıq reallıq cihazı virtual avatarlar əsasında hansısa maraqlı funksiyanı dəstəkləyəcək.
        Söhbətin hansı funksiyadan getdiyi barəsində məlumatı insayder təqdim etməyib. İnsayder qeyd edib ki, cihaz özündə həm virtual həm də artırılmış reallığı birləşdirəcək. Məlumata əsasən virtual reallıq bu cihazın oyun potensialı üçün çox vacib olacaq. Belə ki, Apple şirkətinin bu cihazı yüksək keyfiyyətli qrafikə sahib oyunlara daxil olmağa imkan verəcək. Buna görə də qarışıq realıq cihazı güclü prosessora və keyfiyyətli ekranlara sahib olacaq. Mark Gurman-ın sözlərinə əsasən bir neçə ildən sonra isə Apple tamamilə artırılmış reallığa hədəflənmiş cihazı satışa çıxardacaq. 
    Linki kopyala