main-post-cover

    Bloomberg: 'Tesla bu onillikdə dünyanın ən gəlirli avtomobil istehsalçısıdır'

    Elm & Texnologiya
    26.12.2019
    Farid Pardashunas
        Bütün çətinliklərə və analitiklərin skeptik yanaşmalarına baxmayaraq Tesla şirkəti bu onilliyi dünyanın ən gəlirli avtomobil istehsalçısı statusu ilə bitirir. 2010-cu ildə bu şirkətə yatırılmış hər bir dollar öz növbəsində şirkət investorlarına 1190% dəyərində gəlir gətirib. Bu barədə Bloomberg saytı xəbər verib. 10 il bundan öncə şirkət öz səhmlərini birjaya yerləşdirən zaman o, analitiklər və kütləvi informasiya vasitələrinin diqqət mərkəzlərində idi. Şirkət dəfələrlə müxtəlif çətinliklərlə qarşılaşmış və Elon Musk-ın uğursuz tweet-lərindən sonra külli miqdarda vəsaitlər itirmişdi. Buna görə də heç təəccüblü deyil ki, son zamanlarda Tesla şirkətinin iflasa uğrayacağı barəsində proqnozlar verilirdi.
        Bütün bunlara baxmayaraq Tesla şirkəti bu onilliyi dünyanın ən uğurlu avtomobil istehsalçısı statusu ilə bitirir. Bu ay şirkətin bir səhminin qiyməti rekord olaraq 413$-a, şirkətin ümumi bazar dəyəri isə 73 milyard dollara yüksəldi. Dünya bazarında Tesla-dan daha bahalı olan yalnız iki avtomobil istehsalçısı var. Onlardan biri Toyota (230 milyard dollar) digəri isə Volkswagen-dir (98 milyard dollar). General MotorsFord kimi digər rəqib şirkətlər isə çoxdan Tesla-dan geridə qalıblar. İlk növbədə investorların diqqətlərini yüksələn satış templəri çəkir. Model S elektromobil modelinin satışa çıxmasından sonra Tesla-nın satış templəri 52 dəfə yüksəldi.
        Lakin bu yeganə səbəb deyil. Belə ki, Tesla digər avtomobil istehsalçıları arasında ekoloji təmiz gələcək və yüksək texnologiyalar ilə seçilir. Bu isə daxili yanacaq mühərrikli avtomobillər sahəsindəki növbəti inkişafdan daha perspektivlidir. Görünür, növbəti illərdə Tesla-nın gəliri artmaqda davam edəcək. Demək olar ki, geridə qalmış 2019-cu ildə şirkətin gəlir artımı 14% təşkil edib. Şirkətin gəlir artımı 2020-ci ildə 21%, 2021-ci ildə isə 18% təşkil edəcək. Dünyanın 10 ən böyük avtomobil istehsalçılarının həmin vaxtlarda gəlir yüksəlişləri isə 1%, 4% və 3% təşkil edəcək. Tesla səhmlərinin qiymətlərinin tez-tez dəyişmələri fikrinə baxmayaraq onların qiymətləri getdikcə artmağa davam edir.
        Məsələn bu il şirkətin səhmlərinin qiymətləri 22% yüksəliş sərgilədilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu il ən bəöyük avtomobil istehsalçılarının səhm qiymətlərində isə 10% artım müşahidə olunub. Buna baxmayaraq bir çox analitiklər elektromobil sahəsinə inanmırlar və Tesla şirkətinin səhmlərinə sahib olan şəxslərə həmin səhmləri satmağı məsləhət görürlər. Bu vəziyyət Amazon şirkətinin ilk 10 il ərzində fəaliyyəti zamanı qarşılaşdığı vəziyyətə bənzəyir. Belə ki, analitiklər həmin vaxtlarda Amazon-a şübhə ilə yanaşırdılar. İndi isə Amazon dünyanın ən böyük texnoloji şirkətlərdən biridir. Tesla-nın da bu cür şirkət olacağı heç istisna deyil. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər