main-post-cover

    Bloomberg: Tesla şirkəti ilin sonuna kimi iflasa uğraya bilər

    Elm & Texnologiya
    01.05.2018
    Farid Pardashunas
    Bloomberg-in analitikləri Tesla şirkətinin heç də yaxşı olmayan vəziyyəti haqqında fikirlərini bildiriblər. Onlar bildiriblər ki, artıq uzun müddətdir ki, şirkətin gəlirləri vəsait itkilərini qarşılamır. Buna görə də ilin sonuna kimi Tesla şirkətini müflisləşmə gözləyə bilər. Bloomberg-in hesablamalarına görə Tesla şirkəti hər dəqiqə 6.5 min dollar vəsait itirir. Son 5 rüb Tesla şirkəti üçün vəsait itkisi ilə nəticələndi. 2017-ci il isə ümumilikdə 3.4 milyard dollar vəsait itkisi və 9.4 milyard dollarlıq borc ilə başa vuruldu.
    Əgər şirkət bu cür templə vəsait itkisinə davam etsə 2018-ci ilin sonuna kimi onun vəsait ehtiyyatı bitəcək. Buna səbəb nədir? Tesla şirkəti bu cür vəsait itkisini Model 3 elektromobilinin istehsalat inkişafına və Model X ilə Model S-ə olan tələbatın qarşılanmasına xərclənən yüksək miqdarda vəsaitlərlə əlaqələndirir. Həmçinin istisna deyil ki, şirkət həmdə çoxlu sayda işçi səbəbilə də pul itirir. Belə ki, 2014-cü ildə şirkət komandası 3 dəfə, 2017-ci ildə isə 2 dəfə artmışdır. Bununla belə bir əməkdaşın əldə etdiyi gəlir eyni səviyyədə qalmışdır. Şirkətin təsisçisi Elon Musk şirkətin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kimi maaş almayacaq. Lakin o əmindir ki, artıq növbəti rübdə Tesla şirkəti gəlirli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər