main-post-cover

    Blue Origin əməkdaşları şirkət raketlərini təhlükəsiz hesab etmirlər

    Elm & Texnologiya
    01.10.2021
    Farid Pardashunas
        Blue Origin əməkdaşları Jeff Bezos-un şirkətini toksiklikdə və qeyri təhlükəsizlikdə günahlandırıblar. Bu barədə Business Insider saytı xəbər verib. Şirkətin keçmiş və hal hazırki əməkdaşları xüsusi bəyanat təqdim ediblər və həmin bəyanat şirkətin əməkdaşlar ilə qarşılıqlı əlaqə üzrə keçmiş rəhbəri Alexandra Abrams tərəfindən imzalanıb. Əməkdaşlar şirkət daxilində seksual təqiblərin, seksizmin, tabe olanların fikirlərinə hörmətsizliyin və aşağı səviyyədə təhlükəsizliyin olduğunu bildiriblər.
        Bəyanatı təqdim etmiş şəxslər əlavə olaraq qeyd ediblər ki, şirkət bu cür faktların açıqlanmaması üçün işçilər ilə sərt müqavilələrin bağlanmasını məcbur edir. Bəyanatda mühəndislərdən biri qeyd edib ki, yaxşı ki, şirkətin uçuş missiyaları çərçivəsində ciddi nəsə olmayıb. Digər əməkdaşlar da mühəndisin fikirləri ilə razılaşıblar və bildiriblər ki, onlar Blue Origin-in kosmik gəmisi ilə səyahəti seçmək istəməzdilər. Bununla yanaşı məlum olub ki, təhlükəsizlikdən cavabdeh olan mühəndislər vaxtı-vaxtında öz əmək haqlarını əldə edə bilməyiblər.
        Əməkdaşlar əlavə ediblər ki, şirkət daxilində yerinə yetirilən işlərin keyfiyyətlərinə görə yox, onların sürətlə yerinə yetirilmələrinə görə əlavə bonuslar nəzərdə tutulub. Onların sözlərinə əsasən 2018-ci ildə raket mühərriklərindəki nasazlıqları əhatə edən problemlər üzrə 1000-ə yaxın hesabat tərtib edilib. Lakin şirkət bu hesabatlara reaksiya verməyib. Qeyd etmək lazımdır ki, şirkətin New Shepard kosmik gəmisi 16 uğurlu uçuşu reallaşdırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər