Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yerini 28 milyon dollara satıb

Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yerini 28 milyon dollara satıb

Texnologiya
14.06.2021 PAYLAŞIM

    Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 milyon dollara sata bilib. Bu barədə Engadget saytı xəbər verib. Əlavə sərnişin üçün nəzərdə tutulmuş yer şirkət tərəfindən keçirilmiş online hərrac çərçivəsində satılıb. Blue Origin-in verdiyi məlumata əsasən online hərracda iştirak üçün bütün dünyadan 7600 nəfər insan qeydiyyatdan keçib. Yaxın həftələr ərzində şirkət sözügedən sərnişin yerini əldə etmiş şəxsin adını açıqlamayacaq. Məlumdur ki, həmin şəxs 20 iyul tarixində Jeff Bezos ilə birlikdə kosmosa ilk turistik uçuşu reallaşdıracaq.

    Məlumatda qeyd edilib ki, uçuş üçün olan əlavə sərnişin yerinin qiymətinə həmçinin dünyanın ən nüfuzlu şəxslərindən biri ilə bu uçuşun reallaşdırılması özəlliyi də təsir edib. Qeyd etmək lazımdır ki, ilk turistik kosmik uçuş missiyası Blue Origin-in New Shepard adlı kosmik gəmisi vasitəsilə reallaşdırılacaq. Bu kosmik gəmi suborbital uçuşlar üçün nəzərdə tutulub. Şirkət tərəfindən əldə olunacaq 28 milyon dollar isə Club for the Future adlı fərdi fonda yönləndiriləcək. Bu fond gənc nəslin STEM və kosmos sahələrində (Science, Technology, Engineering and Mathematics) karyera qura bilməsi üzrə yardımçı olur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..

×