Blue Origin şirkəti kosmik turistlər üçün olan sərnişin kapsulunun interyerini təqdim etdi (VİDEO)
Elm & Texnologiya
31.07.2018
Emil
Jeff Bezos-un Blue Origin şirkəti kosmik turistlər üçün nəzərdə
tutulmuş sərnişin kapsulunun interyerini ilk dəfə təqdim edib. Bu barədə olan
video şirkətin YouTube kanalında yayımlanıb. Bir neçə uçuş üçün nəzərdə
tutulmuş sərnişin kapsulu 5 nəfərlik yerdən ibarətdir. Beləliklə kapsulun
daxilində kreslolar, uçuş parametrlərinə nəzarət etmək üçün monitorlar və
kosmosu seyr etmək üçün 4 ədəd illuminator var. Güman olunur ki, sərnişindən
asılı olaraq New Shepard kosmik gəmisində bir kosmik uçuşun qiyməti
200.000-300.000$ təşkil edəcək. Kosmik turistlər üçün ilk uçuş biletlərinin
satışlarına isə gələn il start veriləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar