
BMT internetlə bağlı maraqlı qərar qəbul edib
Elm & Texnologiya
07.05.2017
Farid
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) insan haqları üzrə təşkilatı
öz vətəndaşlarına qəsdən internet girişinə sərhəd qoyan hər hansı bir dövləti
mühakimə etmək məqsədli qətnamə qəbul edib. Həmin qətnamə daha əvvəlki "online hüquq”
bəyanatına söykənərək "insanların offline-da sahib olduqları hüquqlar online-da
da qorunmalıdır” şüarına BMT-nin olan dəyişməz mövqesini əks etdirir. Təşkilat əsas
diqqəti Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu bəndindəki söz azadlığı
hüququna yetirir. Qətnamənin mətni barəsində razılaşma keçən həftə baş verib. Lakin
fikir birliyi əldə olunmayıb. Sənədin son versiyasına Rusiya, Çin, Səudiyyə Ərəbistan,
Cənubi Afrika və Hindistan kimi ölkələr öz narazılıqlarını bildiriblər. Sözügedən
dövlətlər BMT-nin insan hüquqları üzrə təşkilatından qətnamədəki "online rejimdə
yerləşdirilmiş məlumatlara qadağa və ya sərhəd qoyma üzrə qeyd-şərtsiz ittiham
tədbirləri” bəndinin çıxarılmasını tələb ediblər. Təsdiq edilmiş qətnamə tövsiyə
xarakterlidir. Yəni o hüquqi gücə sahib deyil və BMT-ə üzv olmuş ölkələr tərəfindən
yerinə yetirilməsi məcbur deyil. Bununla belə qətnamə bir çox hökümətlərə təzyiq
göstərərək dünyadakı bütün insanların rəqəmsal hüququları müdafiəçilərinə dəstək
verə bilər. Son zamanlar bir çox dövlətlər hətda ən xırda səbəblərə görə öz vətəndaşlarına
şəbəkəyə qoşulma prosesində sərhədlər qoyurlar. Access Now təşkilatı keçən il
bütün dünya üzrə internet bağlantısının dayandırılması barəsində 15 hal müşahidə
etmişdir. Bu il isə göstərici 20 olub. Məsələn İstanbul-un hava limanında baş
vermiş terror hadisəsində sonra bütün Türkiyə üzrə sosial mediaya giriş qadağası qoyulub. Bəhreyn və Hindistan-da isə yerli sakinlərin etirazlarından sonra mobil
internet söndürülüb.
Paylaş
Bənzər xəbərlər