
`BMW`dən, Tesla Model 3-ə cavab.
Elm & Texnologiya
03.07.2017
“BMW”, Tesla Model 3-ə rəqib elektrikli
sedan modeli üzərində çalışır.
BMW, digər avtomobil istehsalçılarının əksinə elektrikli
avtomobillər mövzusunda daha erkən işlərə başlamışdı. İndi şirkət bir ilk
olaraq tamamilə elektrikli sedan modeli istehsal etməyi planlaşdırır.
Handelsblatt-ın iddiasına görə BMW, sentyabr ayında reallaşacaq olan
Münhen Avtomobil Sərgisində yeni modelini təqdim edəcək. Bu elektrikli avtomobilin
400 km mənzilə sahib olduğu və mövcud 3 seriyası ardıcıllığının bir hissəsi
olacağı ifadə edilir. 3 seriyası BMW-nin ən qazanclı ailəsi olaraq xarakterizə
edilir.
“Tesla Model 3”ün rəqibi olacaq.
Məlumatda əlavə
olaraq sözü gedən BMW modelinin
yaxınlaşmaqda olan Tesla Model 3-ə
birbaşa cavab olduğunu da ifadə etdi.
Avtomobil nəhəngləri
son illərdə möhtəşəm işlərə imza atan Teslanı rəqabətdə keçmək üçün
strategiyalarını dəyişdirməyə başladı.
Son olaraq
BMW-nin Tesla ilə daha yaxşı rəqabət etməsi üçün avtomobil qiymətlərini daha
aşağıda tutması lazım olacaq. Hələlik BMW mövzuyla əlaqəli hər hansı bir
açıqlama etməyib və bir müddət daha səssiz qalacaq kimi görünür.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...