BMW i4 eDrive35 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

BMW i4 eDrive35 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

Texnologiya
02.08.2022 PAYLAŞIM

    BMW şirkətinin ABŞ şöbəsi elektrikli i4 eDrive35 2023 sedanını təqdim edib. Sözügedən elektromobil 2023-cü ilin birinci rübündə satışa çıxacaq və ilk olaraq Kanadada satılacaq. Yeni eDrive35 modeli i4 elektromobil seriyasının sırasına daxil olub. Bu seriya özündə həmçinin daha bahalı olan i4 eDrive40 i4 M50 elektromobillərini birləşdirir. Beləliklə təqdim edilmiş i4 eDrive35 modeli 66 kilovatt saat batareya həcminə və 281 at gücündə olan mühərrikə sahibdir. Mühərrikin maksimal fırlanma anı 400 Nm (Nyuton metr) təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, eDrive40 modeli 335 at gücündə olan mühərrikə sahibdir. Yeni  i4 eDrive35 elektromobili saatda 100 km sürəti 5.8 saniyəyə yığır və bir dəfə şarj olunandan sonra 418 km yol qətt edə bilir.


    Elektromobilin batareyası 180 kilovatt gücündə olan şarj stansiyasının istifadəsi ilə sürətli şarj texnologiyasını dəstəkləyir. Bunun sayəsində elektromobilin 10% enerjisini 80%-ə yüksəltmək üçün sadəcə 30 dəqiqə vaxt lazım olur. Yeni i4 eDrive35-in daxili interyeri özündə 12.314.9 düym ölçüdə olan ekranları birləşdirir. Bununla yanaşı  i4 eDrive40 modelində olduğu kimi i4 eDrive35-də də iDrive 8 adlı əyləncə və informasiya sistemi reallaşdırılıb. Elektromobilin sahib olduğu əməliyyat sisteminin yenilənmə prosesi isə naqilsiz şəbəkə vasitəsilə reallaşdırılır. Əvvəldə də qeyd edildiyi kimi BMW i4 eDrive35 gələn ilin birinci rübündə satışa çıxacaq. Onun qiyməti isə 51 400$ təşkil edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi yeni smart saatını təqdim etməyə hazırlaşır

1 dekabr tarixində Xiaomi şirkəti təqdimat tədbirini keçirdəcək.


Seulda pilotsuz avtobuslar istifadəyə verilib (VİDEO)

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan Hyundai-n tərkibinə daxil olan 42 Dot adlı şir..


ZTE şirkəti 6G-nin əsas testlərini yekunlaşdırıb

Hər yeni nəsil mobil şəbəkənin inkişaf dövrü 10 il çəkir. 4G şəbəkəsi 2009-cü ildə təqdim edilmişdi...


Gövdəsində naqilsiz qulaqlıqlara sahib Huawei Watch Buds adlı smart saatın real ..

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti qeyri-adi smart saat üzərində..


Neuralink-in keçmiş prezidenti görmə əngəlli insanlar üçün yeni göz implantı ano..

Neuralink şirkətinin keçmiş prezidenti və həmtəsisçisi olan Max Hodak tərəfindən təsis edilmiş Scien..


Huawei yeni smart televizorunu təqdim edib - QİYMƏTİ

Huawei şirkəti Smart Screen seriyasına daxil olan yeni böyük ölçülü televizorunu təqdim edib...

×