main-post-cover

    BMW istehsalı olan Virgin Hyperloop 1200 km/saat sürətlə Dubayda fəaliyyət göstərəcək

    Elm & Texnologiya
    02.05.2018
    Nijat Hamid
    Hyperloop qatarlar gələcəyin ən sürətli nəqliyyat texnologiyalarından 1-idir. Belə ki, Virgin Hyperloop adı verilən qatar 2020-ci ildə fəaliyyətə başlayacaq və Dubay-dan Abu Dabi-yə 12 dəqiqə ərzində sərnişinləri çatdıracaq. Ən önəmli detal isə, Virgin Hyperloop BMW şirkəti tərəfindən dizayn ediləcək və deyilənə görə Premium-Vip seqmentdə olacaq.
    1200 km/saat sürətilə hərəkət edəcək Virgin Hyperloop saat başına 10.000-dən çox sərnişin daşıyacağı planlanır.    
    2 fərqli seçimi olan Virgin Hyperloop Qızıl və Gümüş olaraq ayrılacaq. Qızıl seqmentində nəfər aparıla bilərkən, Gümüş seqmentində 14 nəfərlik yer olacaq. Qeyd edək ki, ilk öncə Elon Musk tərəfindən ortaya atılan bu fikir sonralar digər ixtiraçılar tərəfindən müsbət qarşılandı və hal-hazırda təkminləşdirmə səviyyəsi artır. Mənbələrə verilən məlumatlara görə 500 metr məsafəni problemsiz şəkildə qət edən Virgin Hyperloop saniyə ərzində 302 km/saat-ə qədər sürətə çata bilir. Əgər planlandığı kimi 2020-ci ildə tətbiq edilərsə, artıq maşınların və normal qatarların dövrü artıq bitmiş hesab ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər