Logo
    main-post-cover

    BMW motosiklet sürücüləri üçün smart eynəyini satışa çıxarıb - QİYMƏTİ (VİDEO)

        BMW şirkəti motosiklet sürücüləri üçün nəzərdə tutulmuş ConnectedRide adlı smart eynəyin satışlarına start verib. Sözügedən smart eynək motosikletin idarəsi zamanı sürücünün motosikletin ön panelindəki göstəricilərə diqqət ayırmaması üçün nəzərdə tutulub. Məsələ burasındadır ki, motosikletin ön panelindəki göstəricilər smart eynəyin aktiv linzasında əks olunurlar. Bununla yanaşı ConnectedRide sürücünün gözlərini Günəş işığından qoruyur.
        Xarici görünüşcə adi Günəş eynəklərini xatırladan bu smart eynək bir ədəd aktiv linzaya sahibdir və həmin linza eynəyin sağ göz hissəsində yerləşir. Smartfona Bluetooth vasitəsilə qoşulandan sonra aktiv linzada spidometr göstəriciləri, naviqasiya işarələri və müvafiq yolda sürət limiti əks olunurlar. Smart eynəyin linzası həmçinin smartfondakı bəzi məlumatları da əks etdirə bilir. Buna misal olaraq zəngləri, mesajları, bildirişləri və musiqi playerini gətirmək olar. BMW ConnectRode adlı eynək Avropada 690 avroya satılır.
    Paylaş
    Bənzər xəbərlər