Reklam
BMW şirkəti avtomobil gövdəsinin rəngini bir kliklə dəyişməyə imkan verən texnologiyanı sərgiləyib (VİDEO)

BMW şirkəti avtomobil gövdəsinin rəngini bir kliklə dəyişməyə imkan verən texnologiyanı sərgiləyib (VİDEO)

Texnologiya
06.01.2022 PAYLAŞIM

    BMW şirkəti CES 2022 sərgisi çərçivəsində avtomobilin gövdə rəngini ani şəkildə dəyişə bilən texnologiyanı sərgiləyib. Məlum olub ki, sözügedən texnologiya E Ink adlı elektron mürəkkəb əsasında qurulub. Bu cür elektron mürəkkəb isə adətən elektron kitablarda istifadə edilir. BMW iX Flow adlı konsept avtomobilin gövdəsinə E Ink Prism adlı elektroforetik örtük layı əlavə edilib. Sözügedən örtük isə öz növbəsində insan saçı qalınlığında olan mikrokapsullardan ibarətdir. Hər bir kapsul daxilində mənfi yüklənmiş ağ elementlər müsbət yüklənmiş qara elementlər mövcuddur. Seçilmiş ayarlardan asılı olaraq elektrik sahəsi kapsulların üzərlərində ağ və qara elementlərin yığılmasına imkan verir. Nəticədə avtomobilin gövdəsi lazımi rəng çalarını əldə edir.


    BMW bildirib ki, sözügedən texnologiyaya sahib avtomobilin irimiqyaslı istehsalı planlaşdırılmır. Belə ki, bu sadəcə olaraq konseptdir. Bununla yanaşı sözügedən texnologiya hal hazırda temperatur dəyişikliklərinə çox həssasdır. Avtomobil gövdəsinin rəng dəyişimi həqiqətən də bir düyməyə klikləməklə reallaşır. Rəng seçimi hələ ki, ağ, qara və bozdan ibarətdir. Lakin şirkətin fikrincə bu məhdud imkanlar praktik faydalara sahibdirlər. Ağ rəngli səth Günəş şüalarını daha yaxşı əks etdirir. Nəticədə avtomobilin gövdə rəngini ağ seçməklə avtomobilin və salonun Günəşdən qızmasının qarşısını almaq olar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər insulini orqanizmə iynəsiz çatdıra bilən robotlaşdırılmış dərman kapsulu..

Massaçusets Texnologiya İnstitutunun alimləri RoboCap adlı robotlaşdırılmış dərman kapsulunu yaradıb..


Elon Musk Tesla Optimus adlı robotun iki yeni prototipini təqdim edib (VİDEO)

Keçən həftənin sonunda baş tutmuş Tesla AI Day 2022 tədbiri çərçivəsində Elon Musk Tesla Optimus adl..


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..

×