
BMW şirkəti, Concept Link adlı gələcəyin elektroskuterini təqdim edib (VİDEO)
Elm & Texnologiya
28.05.2017
Emil
"BMW” şirkəti, Villa d’Este sərgisində Concept Link adlı gələcəyin elektroskuterini təqdim edib.
Sözügedən elektroskuter futuristik dizayna və ənənəvi cihaz
panelinin əvəzinə proyektora sahibdir. BMW Concept Link ilk öncə şirkətin, gələcəyin
skuter təsəvvürünü təqdim edir. Məhz buna görə də onun texniki göstəriciləri
barəsində məlumat azdır. Bu skuter elektromühərrik ilə çalışacaq. Elektromühərrik
isə öz növbəsində arxa təkərin ön hissəsində yerləşəcək. Korpusun aşağı hissəsində
batareya, ondan aşağı hissədə isə lazımi əşyaların yerləşdirilməsi üçün yer
mövcuddur. Həmin hissə, sürücünün əl toxunuşu vasitəsilə açılacaq. Bundan əlavə
olaraq skuter, geriyə hərəkət etmək özəlliyini də sahibdir. Concept Link, ənənəvi
cihaz panelindən məhrumdur. Onun yerinə sensorlu panel yerləşdirilmişdir.
Skuterin funksiyalarından istifadə etmək üçün sükanda sensorlu düymələr
mövcuddur. Qeyd etmək lazımdır ki, BMW Concept Link sadəcə olaraq bir konsept skuterdir.
Yəni onun gələcəkdə satışa çıxıb-çıxmayacağı hələki bilinmir.
Paylaş
Bənzər xəbərlər