Reklam
BMW şirkəti elektrikli i7 xDrive60-ı təqdim edib - QİYMƏTİ

BMW şirkəti elektrikli i7 xDrive60-ı təqdim edib - QİYMƏTİ

Texnologiya
21.04.2022 PAYLAŞIM

    BMW şirkəti 7-ci premium sedan seriyasının elektrikli versiyası olan i7 xDrive60-ı anons edib. Sözügedən elektromobil bir dəfə şarj olunandan sonra 483 km yol qətt edə bilir və onun start qiyməti 119.300$-dan başlayır. Elektromobili artıq ön sifariş etmək mümkündür. Onun ilin sonunda ABŞ-da satışa çıxacağı gözlənilir. Ümumi 536 at gücünə 744 Nm (Nyuton metr) fırlanma anına sahib iki ədəd elektrikli mühərrik ilə təchiz edilmiş i7 xDrive60 sedanı saatda 100 km sürəti 4.5 saniyəyə yığır. Bununla belə elektromobildə təyin edilmiş sürət limiti mövcuddur və o, saatda 240 km təşkil edir. Elektromobilin batareya həcmi 101.7 kilovatt saat təşkil edir.


    Müqayisə üçün qeyd etmək lazımdır ki, Tesla şirkətinin ən güclü elektromobili olan Tesla Model S Plaid modeli 100 kilovatt saat batareya həcminə sahibdir və onun qətt etdiyi yol göstəricisi 637 km təşkil edir. Mercedes-Benz EQS flaqman sedanı isə 107.8 kilovatt saat batareya həcminə sahibdir və bir dəfə şarj olunandan sonra 563 km yol qətt edə bilir. BMW i7 xDrive60 elektromobilini dəyişən cərəyan şəbəkəsi üzərindən 11 kilovatt, sabit cərəyan şəbəkəsi üzərindən isə 195 kilovatt gücündə olan şarj cihazı vasitəsilə şarj etmək mümkündür.

    Sabit cərəyan şəbəkəsi üzərindən elektromobil 80% enerjini 34 dəqiqəyə yığır və bu cür şəbəkə üzərindən 10 dəqiqəlik şarj prosesi 129 km yol qətt etməyə imkan verir. Dəyişən cərəyan üzərindən elektromobilin 100% enerji yığması üçün isə 10.5 saat vaxt lazmdır. Elektromobilin salonunda arxa sərnişinlər üçün 8K keyfiyyətli və Amazon Fire TV dstəkli 31.3 düym ekran yerləşdirilib. Ekranı uzaqdan idarə etmək üçün nəzərdə tutulmuş sensorlu konsollar isə qapıların panellərinə yerləşdirilib. Sürücü üçün ön paneldə iki ədəd ekran quraşdırılıb. Onlardan biri 12.3 düym, digəri isə 14.9 düym təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×