
BMW şirkəti iX3 model elektrikli maşını təqdim etdi
Elm & Texnologiya
25.04.2018
Emil
BMW şirkəti iX3 adlı elektromobili təqdim edib. Yeni
elektromobil şirkətin klassik X3 modeli əsasında hazırlanıb. BMW iX3 elektrikli
krossoveri bir komponent əsasında hazırlanıb. Beləliklə elektromühərrik,
transmissiya və digər detallar həmin komponentin daxilinə yerləşdirilib. Bu cür
sistemi şirkətin istənilən avtomobil modelində tətbiq edərək bu və ya digər
modeli elektrikli versiyaya çevirmək olar.

BMW iX3 270 at gücündə mühərrik
ilə təchiz olunub və bir dəfə şarj olunmaqla avtomobil 400 km yol qətt edə
bilir. Şirkət öz bütün avtomobil seriyalarına elektromühərrik əlavə etməyi
planlaşdırır. Həmin avtomobillər öz adlarında “i” hərfinin olması ilə fərqlənəcəklər.
Elektrikləşdirilmiş modellər həmçinin ön tərəfdən olan çərçivənin yeni
duizaynını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, BMW iX3 Almaniyada deyil
Çində istehsal olunacaq. Onun qiyməti və satışa çıxma tarixi barəsində isə hələki
heç bir məlumat yoxdur.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
