main-post-cover

    BOE-nin yeni OLED ekranı LG və Samsung şirkətlərinin OLED ekranlarını geridə qoyur

    Elm & Texnologiya
    10.09.2024
    Emil Nəcəfov
         Çinin BOE şirkəti yeni növ OLED ekranının prototipini sərgiləyib. Məlumata əsasən hazırlanmış yeni növ OLED ekran LG Samsung şirkətlərinin OLED ekranlarını geridə qoyur. Məsələ isə yeni növ OLED ekranın rəng ötürülməsi qabiliyyəti ilə bağlıdır. Gözləntilərə əsasən BOE-nin yeni növ OLED ekranı smartfonlarda, televizorlarda və hətta noutbuklarda belə istifadə ediləcək. BOE şirkəti bildirib ki, onun yeni növ OLED ekranı Rec.2020 rəng diapazonunun 95%-ni əhatə edə bilir.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, LG şirkətinin LG B4 kimi televizorlarında istifadə edilən W-OLED adlı ekranı bu rəng diapazonunun 70%-ni, Samsung-un Galaxy S24 smartfonlarında istifadə edilən AMOLED ekranı isə bu rəng diapazonunun 70-80%-ni əhatə edir. Samsung-un ən premium televizorlarında istifadə edilən OLED ekranlar belə Rec.2020 rəng diapazonunun yalnız 90%-ni əhatə edirlər. BOE tərəfindən hazırlanmış yeni növ OLED ekranın ilk öncə hansı cihazlara inteqrasiya ediləcəyi hələ bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər