main-post-cover

    BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

    Elm & Texnologiya
    02.06.2023
    Emil Nəcəfov
        Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana sahib televizorunu təqdim edib. Sözügedən televizorun böyük ölçülü ekranı flaqman proyektorların ekranları ilə rəqabət apara bilər. BOE şirkəti 110 düym ölçülü ekrana sahib bu televizor barəsində bəzi məlumatları təqdim edib. Şirkət rəsmi şəkildə bildirib ki, təqdim edilmiş televizor sadəcə olaraq prototipdir.
        Televizorun ekranı IPS texnologiyası əsasında hazırlanıb və onun maksimal parlaqlıq səviyyəsi 400 nit, təsvir yenilənməsi isə 60 Hz təşkil edir. Müasir televizorların ekran göstəriciləri ilə müqayisədə BOE-nin bu televizorunun ekran göstəriciləri o qədər də diqqət cəlb etmir. Digər tərəfdən bazarda bu cür ekran ölçüsünə sahib televizorların sayı çox azdır. Sözügedən televizorun ən böyük mənfi cəhəti isə təsvirin əks edilməsi üçün 16 ədəd DisplayPort naqilinin qoşulmasının lazım olmasıdır. Şirkətin bu televizorun kommersiya məqsədli versiyasını satışa çıxarıb-çıxarmayacağı bilinmir.
    Linki kopyala