main-post-cover

    Bolt taksi servisi Avropanın sürətlə böyüyən 3 şirkəti reytinqinə daxil oldu

    Elm & Texnologiya
    03.03.2020
    Farid Pardashunas
        Estoniyanın Bolt taksi servisi Avropanın sürətlə böyüyən 3 şirkəti reytinqinə daxil olub. Bu barədə Financial Times saytı xəbər verib. Reytinqi tərtib etmiş mütəxəssislər sözügedən reytinqə daxil olmuş şirkətlərin 2015 və 2018-ci illərdə əldə etdikləri gəlirləri müqayisə ediblər. Beləliklə məlumata əsasən Bolt taksi servisi 2015-ci ildə 610.000 avro, 2018-ci ildə isə 79.7 milyon avro gəlir əldə etmişdi.
        Beləliklə servis 3 il ərzində öz gəlirini 12860% yüksəldə bilib. Bu cür göstərici ilə Bolt Avropanın sürətlə böyüyən şirkətləri arasında üçüncü yerdə qərarlaşıb. Birinci yeri İngiltərənin kiçik və orta biznes üçün nəzərdə tutulmuş OakNorth Bank-ı, ikinci yeri isə Finlandiyanın yemək sifarişi servisi Wolt tutur. OakNorth Bank 3 il rəzində öz gəlirini 37423%, Wolt servisi isə 15642% yüksəldib.
        3 il ərzində OakNorth Bank-da ümumi illik ortalama böyümə tempi 623%, Wolt-da 440%, Bolt-da isə 407.4% təşkil edib. Qeyd etmək lazımdır ki, Bolt taksi servisi 2013-cü ildə Estoniyanın paytaxtı olan Tallində istifadəyə verilmişdi. Daha öncə bu taksi servisi Taxify adlanırdı. Məlumata əsasən Bolt-dan 35 ölkədən çox regionda 30 milyondan çox insan istifadə edir. Şirkət ilə həmçinin 1 milyondan çox sürücü əməkdaşlıq edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər