main-post-cover

    Bolt taksi servisi yeni investisiya sayəsində öz bazar dəyərini 1 milyard dollardan yuxarı yüksəldib

    Elm & Texnologiya
    09.07.2019
    Farid Pardashunas
        Məşhur taksi servisi olan Bolt (bu ilin mart ayına kimi Taxify adını daşıyırdı) yeni investisiya raundunu başa vurub. Lakin şirkət təmsilçisi cəlb olunmuş investisiyanın miqdarını və investorların adlarını açıqlamayıb. Bu barədə Vc.ru saytı xəbər verib. Beləliklə yeni investisiyaların cəlb olunması ilə Bolt-un bazar dəyəri 1 milyard dolları keçib. Qeyd etmək lazımdır ki, 1 milyard dollarlıq bazar dəyəri göstəricisini bu taksi servisi keçən ilin may ayında əldə etmişdi.
        Techcrunch-ın məlumatına əsasən yeni investisiya raundunda İsveçin Nordic Ninjas fondu, İngiltərənin Naya Capital, Skandinaviyanın Creandum və San Fransiskonun G Squared adlı investisiya şirkətləri iştirak ediblər. Əldə olunmuş yeni investisiyalar isə taksi servisinin Londondakı şöbəsinin inkişafına yönləndiriləcək. Belə ki, Bolt keçən aydan başlayaraq artıq Londonda da fəaliyyət göstərir.
        Bununla yanaşı yeni investisiyalar vasitəsilə şirkət digər bazarlara da daxil olacaq. Qeyd etmək lazımdır ki, yaradıldığı vaxtdan indiyənə kimi sonuncu investisiya raundunu saymasaq, Bolt ümumilikdə 185 milyon dollar investisiya cəlb edib. Şirkətin investorları arasında Didi, Daimler, Spring Capital Korelya Capital kimi şirkətlər var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər