
Bomba İddia: “Samsung” və “LG” Qatlana bilən Telefonlarını ilin ikinci Yarısında Satışa Çıxaracaq
Elm & Texnologiya
07.05.2017
Farid
Cənubi Koreya mərkəzli bir internet saytı, "Samsung” və "LG”nin qatlana bilən telefonlarını ilin ikinci yarısında bazara çıxaracaqları iddia edilir.
Son zamanlarda qatlana bilən telefonlarla bağlı yeni xəbərlərin sayı artıb. Bu zamana kimi Samsung-un qatlana bilən telefonlarla bağlı xəbərləri
yayılmışdı. Bizdə bu xəbərləri sizlərlə paylaşmışdıq. İndi də qatlana bilən
telefonlarla bağlı Cənubi Koreya-dan ciddi bir iddia gəldi.
"Technote.az”-ın
"Korea Herald”ım internet saytına istinadən
paylaşdığı xəbərə əsasən, "Samsung” və "LG” bu ilin ikinci yarısında qatlana
bilən telefonları bazara çıxaracaqlar. Xəbərə görə "Samsung,” ilin üçüncü
rübündə 100.000 ədəd qatlana bilən telefon istehsal edəcək, "LG” isə eyni
miqdarda qatlana bilən telefonu ilin dördüncü rübündə istehsal etməyə
başlayacaq. Ancaq buna baxmayaraq xəbərdə
şirkətlərin bu planlarının hələki dəqiqləşmədiyi deyilir.
"Korea
Herald”ın xəbərində, "Samsung”un qatlana bilən telefonunun əvvəlcə kitab kimi açılıb bağlana biləcək şəkildə hazırlandığını , ancaq daha sonra istifadəçilərin
telefonlarını daima açıb bağlamağı bəyənməyəcəklərini fikirləşərək, telefonun kənara
doğru qatlana biləcək kimi yenidən hazırlandığı ifadə edilir.
İddialara
görə telefonun ekranı, açıldığında 7 dyüm
ölçüsündə olacaq.
Keçdiyimiz
iyun ayında "Bloomberg”, "Samsung”un ilk qatlana bilən telefonunu "MWC” 2017-də təqdim edəcəyini elan etmişdi.
Paylaş
Bənzər xəbərlər