main-post-cover

    Boston Dynamics-in Spot robotlarının iştirakı ilə reallaşdırılmış maraqlı rəqs videosu təqdim edilib (VİDEO)

    Elm & Texnologiya
    30.06.2021
    Emil Nəcəfov
        Hyundai şirkəti ilə birləşmənin şərəfinə Boston Dynamics 4 ayaqlı məşhur Spot robotları tərəfindən edilmiş rəqsin videosunu təqdim edib. Videoda robotların heyrətləndirən plastik və azad hərəkətlərini görmək olar. Video üçün uyğun rəqs musiqisi kimi Cənubi Koreyanın məşhur BTS adlı pop qrupunun “IONIQ: İ’m on it” mahnısı seçilib. Bu mahnı keçən ilin sentyabr ayında Hyundai şirkətinin Ioniq EV adlı yeni brendinin təqdimatı şərəfinə təqdim edilmişdi.
        Boston Dynamics-in yeni videosunda 7 ədəd Spot robotu iştirak edib. Robotlar mahnı sədaları altında sinxron hərəkət edərək mexaniki əllər vasitəsilə maraqlı naxışlar yaradırlar. Qeyd etmək lazımdır ki, bu ilin fevral ayında şirkət Spot robotunu yeniləmişdi. Yeni nəsil Spot robotu yaxşılaşdırılmış texniki özəlliklər əldə edib. Onların arasında daha çox çalışma, 2 diapazonlu Wi-Fi dəstəyi və 11 kq-a kimi ağırlıq qaldırma var. Spot Explorer-in sənaye versiyası 74.500$-a satılır.
    Linki kopyala